Icma.az
close
up
RU
“TÜRK” etnonimi və törələri YUNUS OĞUZ yazır

“TÜRK” etnonimi və törələri YUNUS OĞUZ yazır

Icma.az, Aznews.az-ə istinadən, məlumatı açıqlayır “TÜRK” etnonimi və törələri YUNUS OĞUZ yazır.

Tarix üçün "etnonim" anlayışının öyrənilməsinin vacibliyini bu sahədə çalışan çoxsaylı alimlər həmişə qeyd etmişlər.

"Etnonimin yaranması, coğrafi inkişafı, məhv olunması, olması və ya başqa keyfiyyətlərə keçməsi, başqa sözlə, etnonimin bütün tarixi bu və ya digər şəkildə etnosun tarixi ilə bağlıdır. Tarixin dərin əsrlərinə endikdə etnonim və etnos anlayışları daha dolğunlaşır" və bunları tədqiq etmək daha da asanlaşır. R.Q.Kuzev yazır ki, etnonimin öyrənilməsi mürəkkəb və çoxpilləli etnik tarixin dərin qatlarının tədqiq edilməsinə imkan verir. M.B.Kryukov "Eramızdan əvvəl II-I minilliklərdə Qədim Çin yazılı abidələrində dünyanın etnik xəritəsi" adlı əsərində yazır: "Etnonimin nəzəri problemlərinin tədqiqatı (ən əsası onların yaranması və funksiya daşıyıcıları) etnik insanların tarixi tipologiyası üzrə mürəkkəb xüsusiyyət yaratmaqla bərabər, həm də mürəkkəb komplekslərin çözülməsinə imkan verir".

Etnonimlərin həqiqi etimologiyasını öyrənmədən və bilmədən tarixçilər ictimaiyyəti çaşdırıcı yola apara bilərlər. Bu barədə rus tarixçisi D.İlovayski xəbərdarlıq edir: "Xalqların əsrlər tarixində, daim adların dəyişməsini görürük, bu da bizi mənbələrdən uzaqlaşdırır və rus, bulqar, xəzər xalqlarının tarixinin öyrənilməsində çox güclü təsirini göstərir; ancaq tarixşünaslıq elmi dediklərimdən kənarda qalır və yeni xalqlarla rastlaşdıqda, onları yeni xalq kimi qeydə alır". D.E.Yeremeyev isə özünün "Türk etnonimlərinin semantikası" adlı əsərində qeyd edir ki, türk etnonimləri həm məzmun, həm də formaca müxtəlif və çoxşaxəlidir. Çox zaman isə bu sosiumun etnik tarixinin yaranmasını əks etdirir və etnogenetikanın tədqiqatında əlavə mənbə rolunu oynayır.

Etnonimlərin etimologiyası türkşünaslıqda ən çətin məsələ olaraq qalır və bunun həlli üçün yeni mənbələr axtarmaq və araşdırmanı davam etdirmək lazımdır.

Avropada eramızın VII əsrində ilk dəfə olaraq Troya (Truva) haqqında əfsanələr gəzəndə, əvvəlcə "türk" sözünə ciddi diqqət yetirməyə başladılar, çünki Troya çarının adı TORQURUS "türk" etimologiyası ilə çox uyğun gəlirdi.

Qeyd etmək lazımdır ki, "Avesta"nın qəhrəmanlarından biri Tur olub.

Firdovsinin "Şahnamə" əsərində də "Turan" sözünün "tur", daha sonra isə "türk" termini ilə bağlılığı göz qabağındadır.

"Divanü luğat -it-Türk" əsərində Mahmud Kaşğari "türk" sözünü üç mənada verib:

1. Türk kudaş edi - günəş göyün ortasında

2. Türk üzüm edi - üzümün dəymiş vaxtı

3. Türk yigit - ər türk, döyüşkən cavan

"Qədim türk sözlüyü"ndə isə "türk" termini aşağıdakı mənaları verir:

1. Türk - güclü, qüdrətli

2. Türk - tayfalar ittifaqı

Azərbaycan tarixçisi Altay Məmmədov Türkiyə alimi Adilə Aydana istinadən qeyd edir ki, ərəb əlifbası ilə iki şəkildə yazılan "türk" sözü dörd cür oxuna bilər: "TÜRK,TÜRÜK,TÖRK,TÖRƏK". Daha sonra o yazır: "Türk qrammatikası formalaşma mərhələsində ikən bir qisim türklər verimli - məhsuldar bir torpağa yerləşib köçərilikdən əl çəkəndə, bunlara başqa türklər - "TUR"lar, "TURUK"lar, DURALLAR demişlər".

Göründüyü kimi, yuxarıda qeyd etdiyimiz "türk" sözünün dörd cür oxunuşuna təəssüflər olsun ki, uzun illər diqqət yetirilməmiş, eyni məna daşıyan bu sözlərə müxtəlif interpretasiya verilmişdir.

Professor F.Ağasıoğlu "Azər xalqı" kitabında sözlərimizin təsdiqi kimi yazır: "Qədim Azərbaycanda türk adlı boylar m.ö. III minillikdə qurulan Aratta, Quti, Lullu dövlətləri zamanında üzdə olmasalar da, həmin dövlətlərin qurulmasında digər türk boyları ilə birgə iştirak etmişlər"

Assurları (aşşurlar- Y.O.) ən çox narahat edən məlumat türk dəstələrinin kiçik və ya böyük qüvvə ilə basqın edəcəyi xəbəri idi. Bu baxımdan, 21 №-li tabletdə verilən məlumat xarakterikdir.

"Turuk düşmanı çıxdı və (...)yə getdi.

O, Kakkulatimi işğal etdi...bu hücumdan bəzi tutukların sayı çox görünmür.

Ancaq arta bilər. Onlar gəlməyə davam edəcək".

Umumiyyətlə, "türk" termininin mənasını dünya alimləri müxtəlif cür yozmuşlar. Məsələn, Vamberi və L.Munkaçi "türk" sözünə "yaradıcı", "insan", V.Tomson və Y.Nemət "güc", "qüvvət" mənasının verilməsini daha məqsədəuyğun hesab edirlər.

Bununla yanaşı "türk" termininə yanaşmada iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyə tərəfdarları hesab edirlər ki, "türk" etnoqrafik termindir. İkincilər isə belə düşünürlər ki, bu sözə yalnız siyasi anlamda yanaşmaq düzgün olardı. Akademik V.V.Bartold ikinci nəzəriyyənin tərəfdarıdır və "türk" sözünü etnoqrafik termin hesab etmir. O iddia edir ki, "türk" sözü "qanun", "adət" deməkdir və "türk" f"türü"g xalqların qanun əsasında birləşməsi" mənasını verir. Lakin akademiklər A.N.Kanonov və N.Y.Marr V.V.Bartoldun bu fikri ilə razılaşmır və belə hesab edirlər ki, V.V.Bartoldun yazdıqları mülahizələrdən başqa bir şey deyil və bunun inkişafı bu sahədə özünə yer tapa bilmədi.

Qeyd etməliyik ki, A.N.Kononov N.Y.Marrın "türk" sözünün "tar-xan"dan yaranması fikri ilə razılaşır və bu termin altında Tanrı tərəfindən seçilmiş təbəqə və tayfa birləşmələrinin eyni kökdən olan ittifaqı kimi qəbul edir.

A.N.Kononov yazır: "Burada mən diqqəti N.Y.Marrın dediyi yerlərə yönəltmək istəyirəm. Belə ki, "türk" termini Allaha bərabər olan seçilmiş təbəqə ilə bağlıdır".

Qeyd etməliyik ki, "tar" sözünün "türk" termininə sinonim olması bir çox müasir alimlərimiz tərəfindən təsdiq olunur. Məsələn, professor F.Ağasıoğlu yazır: "Proto-azərilərin (həmçinin prototürklərin) mənşəyinə işıq salan teonimlərdən biri də tar / tur allamorfu ilə işlənən Tar sözüdür ki, bu da sonralar türk (tur-uk) etnoniminin yaranmasına səbəb olmuşdur. Azər dialektində bu gün də Tarı sözü "Allah" anlamında işlənir".

Sonralar Tar / tur termini müxtəlif toponim, etnonim, hidronim, həmçinin adlarda öz əksini tapmışdır. Turan, Turova, Tural, Tarkan, Trek, Taran, Tar. Qəribədir ki, Troyadan İtaliyaya məlum səbəbdən köç etmiş etruskların ulu babasının adı Tarkan olmuşdur. Çinin qərbində yaşayan uyğurlara, həm də "tarançı" deyirlər. Tatar sözü "tarlıq tatarları" sözünə bərabərdir.

Qeyd etmək yerinə düşərdi ki, tarixin atası Herodot iskitlərin (skiflərin) soy-kökü haqqında yazarkən aşağıdakı önəmli sözləri qeyd edir: "...Bir vaxtlar hələ məskunlaşmamış bu ölkənin ilk sakini TARQITAY (kursiv- Y.O.) adlı bir adam olmuşdur. İskitlərin (skiflərin) dediyinə görə, Tarqıtayın atası Zevsdir, anası isə Borisfen çayının qızıdır (iskitlər buna israr etsə də, mən buna inanmıram). Belə bir əsil-nəsəbi olan Tarqıtayın da üç oğlu varmış".

Yeri gəlmişkən, eyni dilə və inanca malik olan bütün tayfaların birləşmiş adı türk olsa da, siyasi baxımdan bunu "el" adlandırırdılar. Maraqlıdır ki, "el" sözü həm siyasi ittifaq, həm ordu, həm də tayfaların birliyi kimi nəzərdə tutulurdu.

"El" termini tarixi semantika baxımından indiki ənənəvi çalarlarla ("Oğuz elləri", "Kafir elləri", "El-oba") yanaşı, siyasi səpkidə - dövlət mənasında işlədilir. Bu sözə "Kitabi - Dədə Qorqud"da tez-tez rast gəlirik. Burada "el" sözü həm də siyasi məna daşıyır. Məsələn, "Eldə yağı yox ikən, sənin babanın üstünə yağı gəldi" cümləsində "el" siyasi termin kimi verilmişdir.

Mahmud Kaşğarinin lüğətində də "el" termini öz mahiyyətini itirmir:

El = el, vilayət

El = açıqlıq, boşluq

Elbaşı = atabaxan, mehtər, vilayətin başçısı

El = iki bəy arasında barışıq

Elboy = sülh, barışıq etmək

L.N.Qumilyova görə isə qədim türklər böyük bir ərazini "el" adlandırırlar.

F.Ağasıoğlu "el" sözünə başqa bir nöqteyi-nəzərdən yanaşır. Biz onun fikirlərinə diqqət yetirməyə və bölüşməyə borcluyuq. O yazır: "Ulu soydaşlarımızın qurduğu Quti elinin tarixi həm də demokratiya tarixi kimi qiymətlidir, çünki əsl xalq hakimiyyəti olan demokratik seçki ilə formalaşmış iqtidar institutu olan Quti eli hakimiyyətin atadan oğula keçdiyi qonşu Akkad, Şumer, Elam dövlətlərindən fərqlənirdi. Qədim dilimizdə xalq və dövlət anlamlarının bir sözlə - "el" sözü ilə ifadə olunması da türk etnosunun demokratik ruhundan yaranmışdır".

"Qədim türk sözlüyü"ndə də "el" sözü müxtəlif mənalarda işlənir:

1. El - tayfa ittifaqı; (men elig etmiş men - mən tayfaların ittifaqını yaratdım)

2. El - xalq

3. El - dövlət

4. El begi - vəzifədə olan

5. El kün - xalq

6. Elçi - səfir, qasid, elçi

A.N.Baskakov "türk" termininin qohum tayfaların münasibətlərindən və ittifaqından yaranan bir söz olduğunu iddia edir.

A.N.Kononov isə hesab edir ki, müasir xüsusi ədəbiyyatda rast gəlinən "türk, turuk, türkü, türküt" sözlərindən ən düzgün olan variantı və düzgün oxunası "türk" terminidir.

L.N.Qumilyov isə qeyd edir ki, istənilən xalqın tarixi kök etibarı ilə qədimə çıxıb gedir və konkret tarixdən başlanır.

Qədim türk lüğətində, əgər semantika nöqteyi -nəzərdən yanaşsaq "türk" sözünü "tör" ilə də başlatmaq olar. Bu zaman bunun mənası "layiqli yer" kimi də başa düşülə bilər.

E.M.Murzayeva, M.N.Pavlova kimi alimlər qeyd edirlər ki, qazax, qırğız, pamir, ispan, katalon və başqa dillərdə "tör", "tor" sözləri "yuxarı", "yüksək", "zirvə". "dağ", "qüllə", "bürc", "dağın ən yüksək zirvəsi", "yüksək dağlıq yer", "layiqli yer" mənalarını verir.

Bu açmalar bir daha göstərir ki, "tör", "tor" sözləri müxtəlif mənalarda işlənsə də, hamısı "yuxarı", "yüksəklik" anlamları ilə üst-üstə gəlir, yəni bu sözlərdən yaranan "türk" sözü də yüksəkdə duran bir xalq, yaxud tayfa kimi nəzərdə tutulur və bu yüksəklik "güc" və "qüvvə" olaraq cəmiyyətin iyerarxiyasına tətbiq olunur. XIII əsrdə Qaraqorumda olan səyyah Marko Polo xaqanın ziyafətində iştirak edərkən bu iyerarxiyanı belə təsvir edir: "Ziyafətdə böyük xaqan (Xubilay xan) masa arxasında belə oturur; onun masası digər masalardan çox yuxarıda durur. Xan zalın dərinliyində arxası şimala, üzü cənuba əyləşir. Sol tərəfində böyük və sevimli xatunu, bir az aşağı masada oğulları və yaxın qohum-əqrabası otururlar. Özü də onlar masalarına əyləşərkən başları xaqanın ayaqları bərabərliyində olmalıdır. Bir az aşağıda isə adlı-sanlı əyanlar və onların xanımları yerləşirlər... Burada hər kəs öz yerini bilir və hər kəs böyük xaqanın müəyyən etdiyi qaydada əyləşməlidir".

Göründüyü kimi "türk" sözünün anlamına XIX - XX əsrlərdə müxtəlif cür yanaşsalar da, iqtibas gətirdiyimiz alimlər, yanaşmaları müxtəlif olsa da, eyni fikirdə olurlar ki, bu söz "güc", "qüvvət" mənasını verir. Təbiidir ki, "güc", "qüvvət" olan bir yerdə millətin "layiqli", "yüksək"də yer tutması heç kimi təəccübləndirməməlidir.

Biz də belə fikirləşirik ki, birinci element "türk" termini "TÜR" sözünün fonetik variantıdır. Bu söz bizi qəbilələrin, tayfaların, xalqların çox qədim vəziyyətinə gətirib çıxarır. TÜR (TİR-TÖR-TÖS) elementi bizi türk elementilə ibtidai totem baxışlarına aparır. TİR-TÖR-TÖS-ün semantikası imkan verir ki, bu söz "məbəd yeri", "seçilmiş yer", "obada ən yaxşı yer", "ocaq başında ən başlıca yer" mənasında "hakim", "ağa", "qanun", "adət"ə qədər uzun bir yol keçsin. Elə M.Kaşğaridə də TÖR-TÖRƏ evin yuxarı başı, divanı, kürsüsü, TÖRÜ sözü adət-ənənə və törədilmək, yaradılmaq kimi başa düşülür. "El kalır, törü kalmas, yəni eldən vaz keçmək olar, törədən vaz keçmək olmaz".

Törələr haqqında yazmamışdan öncə bizi daha bir sual maraqlandırır. "Türk" hansı coğrafiyadan yayılıb. Mərkəzi Asiya tarixinə nəzər yetirsək görərik ki, türklərin adı "hun" etnonim olaraq e.ə. IV əsrdən dövlət olaraq çəkilir. Doğrudanmı Ön Asiyada, Anadoluda, Azərbaycanda eramızdan əvvəlki minilliklərdə yaşamayıblar. Əlahəzrət fakt bunun əksini deyir. Başlayaq şumerlərdən. Məlumdur ki, qədim şumerlərdən bizə gələn dastanın baş qəhrəmanı Bilqamısdır. F.Ağasıoğlu bu barədə yazır: "Bilqamıs adında "Bilikli" anlamı olduğu üçün şumerlər də bu qəhrəmanı "hər şeyi bilən" el (dövlət) başçısı kimi öygüləmişlər. Akkadlarda bu dastanın ilk misrasını "Dünyagörmüş barədə" sözlərilə vermişlər. Bilqamısın adı türk dövlət başçılarına verilən "Bilgə" titulu ilə izah oluna bilər, məsələn 581-ci ildə göytürklərin batı qolunda xaqan elan edilən Tardu Xaqan "Bilgə" titulu almışdı, məşhur Toyukuk da bu titulu daşımışdır.

İndi baxaq, aydınlaşdıraq, görək ki, "bil" sözü türklərdə hansı anlamı verir.

ARDI VAR

Yunus Oğuz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qərbi Azərbaycan Xronikası: Alçalı Təpə, Amağu, Amasiya Türk tarixinin izi

19 Fevral 2025 01:48see114

“Biz onlardan qorxmuruq” Zelenski

19 Fevral 2025 03:17see113

Zelenski Ərdoğana sığındı: Türkiyə meydana girir

19 Fevral 2025 07:01see112

Avropanın ən güclü iki ordusu var: biri Türkiyə… Zelenski

20 Fevral 2025 01:38see112

Alsu Anastasiya Reşetovanın “tikanlarına” cavab verdi

20 Fevral 2025 01:09see112

Pakistanla strateji tərəfdaşlığın hədəfləri

19 Fevral 2025 08:08see110

Ana dili milli kimliyimizin rəmzidir Deputat yazır

20 Fevral 2025 10:27see110

Rubio: Qərb Rusiyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirməli olacaq

19 Fevral 2025 01:08see110

Azərbaycanda bəzi saytlar hekləndi ARALARINDA MƏŞHUR İNFORMASİYA AGENTLİYİ DƏ VAR FOTO

20 Fevral 2025 12:25see110

Naxçıvan Teatrının təbrizli aktyor rejissoru

20 Fevral 2025 10:52see109

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırladı

19 Fevral 2025 10:50see109

Axtarışda olan 122 nəfər TUTULDU

20 Fevral 2025 10:46see109

Kiyevdə ardıcıl partlayışlar baş verdi

19 Fevral 2025 01:31see109

Xanım sürücünün maşınını təpiklədi

19 Fevral 2025 12:06see108

Makron Putinlə dialoq istəyir

19 Fevral 2025 01:00see108

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see108

Sensasiyalı proqnoz: Yerin daxili nüvəsi yaxın 15 ildə DAYANACAQ

19 Fevral 2025 05:33see108

Ər Riyad danışıqları Avropanı qorxuya salıb “Le Parisien”

19 Fevral 2025 00:08see107

Dünyanın ən səs küylü şəhərinin adı açıqlandı

20 Fevral 2025 12:31see107

Niyə avtobuslarda tərs oturacaqlar var?

19 Fevral 2025 00:18see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri