Icma.az
close
up
RU
Türk Mədəniyyəti və İrsi Fondu ilə “İpək Yolu” Beynəlxalq Tədqiqat İnstitut arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Türk Mədəniyyəti və İrsi Fondu ilə “İpək Yolu” Beynəlxalq Tədqiqat İnstitut arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 29 may, AZƏRTAC

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın Səmərqənd şəhərinə “İslam dünyasının mədəniyyət paytaxtı – 2025” statusunun verilməsi münasibətilə etdiyi rəsmi səfəri çərçivəsində, “İpək Yolu” Beynəlxalq Turizm və Mədəni İrs Universiteti nəzdində fəaliyyət göstərən “İpək Yolu” Beynəlxalq Tədqiqat İnstitutunu ziyarət edib.

Fonddan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə İnstitut arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sazişin əsas nəticəsi kimi, Fondun himayəsi altında fəaliyyət göstərəcək Türk İrsi Mərkəzinin institutun bazasında rəsmi açılışı həyata keçirilib. Yeni Mərkəz türk dövlətləri arasında akademik əməkdaşlığın, elmi tədqiqatların və mədəni mübadilənin inkişafı üçün bir platforma rolunu oynayacaq.

Türk İrsi Mərkəzlərinin yaradılması, Fondun elmi-təhsil və mədəni fəaliyyətlərini genişləndirmək məqsədilə həyata keçirdiyi strateji təşəbbüslər sırasındadır. Belə mərkəzlər artıq Qazaxıstan və Qırğızıstanda uğurla fəaliyyət göstərir və yaxın vaxtlarda Türk dünyasının digər ölkələrində də açılması planlaşdırılır.

Türk İrsi Mərkəzləri, türk xalqlarının tarixi irsinin qorunması, mədəni dəyərlərinin təbliği və elmi təşəbbüslərin həyata keçirilməsi üçün mühüm dayaq nöqtələrindən birinə çevriləcək. Bu məkanlarda alimlər, mütəxəssislər və tələbələr bir araya gələrək birgə layihələr həyata keçirəcək, akademik dialoqu dərinləşdirəcək və türk irsinin hərtərəfli öyrənilməsi və mənalandırılması üçün fənlərarası tədqiqatlar aparacaqlar.

Səmərqənddə Mərkəzin açılması, mədəni və təhsil əlaqələrinin möhkəmləndirilməsi, eyni zamanda Türk dünyasının zəngin və rəngarəng irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm bir addıma çevrilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see279

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see241

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see161

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see128

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

Neymar və het trik

04 Dekabr 2025 09:17see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see123

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri