Türk Mədəniyyəti və İrsi Fondu ilə “İpək Yolu” Beynəlxalq Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın Səmərqənd şəhərinə “İslam dünyasının mədəniyyət paytaxtı - 2025” statusunun verilməsi münasibətilə etdiyi rəsmi səfəri çərçivəsində “İpək Yolu” Beynəlxalq Turizm və Mədəni İrs Universiteti nəzdində fəaliyyət göstərən “İpək Yolu” Beynəlxalq Tədqiqat İnstitutunu ziyarət edib. Səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə İnstitut arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sazişin əsas nəticəsi kimi, fondun himayəsi altında fəaliyyət göstərəcək Türk İrsi Mərkəzinin institutun bazasında rəsmi açılışı həyata keçirilib. Yeni mərkəz türk dövlətləri arasında akademik əməkdaşlığın, elmi tədqiqatların və mədəni mübadilənin inkişafı üçün bir platforma rolunu oynayacaq.
Türk İrsi mərkəzlərinin yaradılması, fondun elmi-təhsil və mədəni fəaliyyətlərini genişləndirmək məqsədilə həyata keçirdiyi strateji təşəbbüslər sırasındadır. Belə mərkəzlər artıq Qazaxıstan və Qırğızıstanda uğurla fəaliyyət göstərir və yaxın vaxtlarda Türk dünyasının digər ölkələrində də açılması planlaşdırılır.
Türk İrsi mərkəzləri, türk xalqlarının tarixi irsinin qorunması, mədəni dəyərlərinin təbliği və elmi təşəbbüslərin həyata keçirilməsi üçün mühüm dayaq nöqtələrindən birinə çevriləcək. Bu məkanlarda alimlər, mütəxəssislər və tələbələr bir araya gələrək birgə layihələr həyata keçirəcək, akademik dialoqu dərinləşdirəcək və türk irsinin hərtərəfli öyrənilməsi və mənalandırılması üçün fənlərarası tədqiqatlar aparacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 31 May 2025 08:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















