Icma.az
close
up
RU
Тürk Mədəniyyəti və İrsi Fondu Şurasının iclasına hazırlıqla bağlı ikinci ekspert görüşü keçirilib

Тürk Mədəniyyəti və İrsi Fondu Şurasının iclasına hazırlıqla bağlı ikinci ekspert görüşü keçirilib

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 23-24-də Тürk Mədəniyyəti və İrsi Fondunun (TMİF) Bakıda yerləşən baş qərargahında Şura iclasına hazırlıq məqsədilə ikinci ekspert görüşü keçirilib. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri, həmçinin təşkilatın əməkdaşları iştirak ediblər.

Turkustan.az xəbər verir ki, əvvəlcə Fondun prezidenti Aktotı Raimkulova 2024-cü ildə Fondun həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib, 74-dən çox layihə və tədbirin reallaşdırıldığını vurğulayıb.

“Astanada keçirilən sammit çərçivəsində Alaqul Osmonovun Bişkekdəki ev-muzeyinin bərpa və yenidənqurma işlərinin tamamlanması, “Türk Dünyası 2040-a baxış” sənədinə və TURKTIME-ın təşəbbüsünə uyğun olaraq Türk mədəniyyəti irsinin kataloqunun hazırlanması, V Dünya Köçəri Oyunlarının dəstəklənməsi, İstanbulda Türk mədəniyyəti irsinin idarə olunması sahəsində mütəxəssislər arasında təcrübə və bilik mübadiləsi proqramının həyata keçirilməsi, “Türk dünyasinin məşhur şəxsiyyətləri”, “Türk ədəbiyyatının zərgərləri”, “Türk dünyasinin elmi xəzinələri” adlı kitab seriyalarının nəşri, Bakıda “Türk dünyası tarixinin və mədəni irsinin UNESCO perspektivindən öyrənilməsi və qorunması” mövzusunda beynəlxalq konfransın, UNESCO-nun Parisdəki mənzil-qərargahında Türk dünyasının görkəmli alimi Mahmud Kaşğari tərəfindən XI əsrdə yazılmış “Divani Lüğət at-Türk” adlı ilk Türk dilləri ensiklopedik lüğətinin 950 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans və sərginin keçirilməsi mühüm layihələrimizdəndir”, - deyə o əlavə edib.

Görüşdə, həmçinin təşkilatın normativ sənədlərində dəyişikliklərin edilməsi, 2025-2026-cı illər üçün Fondun fəaliyyət planına daxil edilmiş Türk dünyasının zəngin irsinin populyarlaşdırılmasına, qorunmasına və bərpasına yönəlmiş layihələr ətrafında ətraflı müzakirələr aparılıb. İclasın gündəliyində Türk xalqlarının mədəni irsinin qorunub saxlanılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri də yer alıb.

Xatırladaq ki, bu il Fondun Şurasına Qazaxıstan sədrlik edir. Fondun təsisçi ölkələrinin mədəniyyət nazirlərinin iştirak edəcəkləri ikinci şura iclası isə fevralın 7-də Astanada keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Yanvar 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri