Türk mənşəli qədim Alban şəxs adları: Onların heç biri qeyri türk dilində deyil
Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
Yazılı mənbələrin yoxluğu üzündən Şimali Azərbaycan ərazisində yaşamış əhalinin eradan əvvəlki əsrlərdə sıravi şəxs adları məlum deyil. Alban tarixçisi Moisey Kalankatlı ən qədim zamanlardan (əfsanəvi Yafətdən – Cənubi Qafqazda yaşayan xalqların ulu əcdadından) IX əsrə qədər yalnız alban çarlarının adlarını vermişdir. Burada bir məsələni oxucunun nəzərinə çatdırmaq lazımdır. İş burasındadır ki, antik mənbələrdə haqqında danışılan Alban çarlığı Azərbaycanın Kürdən şimaldakı ərazisini əhatə edirdi. Təxminən e.ə. III–II əsrlərdə yaranmış bu çarlıq eramızın I əsrinin əvvəllərində süqut etmişdir. Bunun səbəbi aydın deyil. Ehtimal ki, şimaldan gələn türk tayfaları bu çarlığa son qoymuş və eranın əvvəllərindən Ərən onu öz çarlığına birləşdirmişdir.
Kürdən cənubdakı Azərbaycan ərazisi isə indiki Ermənistan ərazisi də daxil olmaqla e.ə. VII əsrdə yaranmış Sak çarlığına daxil idi. Sak çarlığının nə vaxt dağıldığı da məlum deyil; güman ki, bu hadisə e.ə. IV əsrdə baş vermişdir. Eramızın I əsrinin ortalarında indiki Şimali Azərbaycan ərazisində (yəni həm Kürdən şimalda, həm də cənubda) yeni Alban çarlığı yaranmışdır.
Musa Kalankatlı Sak çarlığının hökmdarlarının adlarını çəkir, lakin Kürdən şimalda mövcud olmuş əvvəlki Alban çarlığının hökmdarlarının adları ona məlum deyildir. Alban tarixçisi Musa Kalankatlı eramızın I əsrinin 60-cı illərində hakimiyyətə gəlmiş çar Ərənə qədər Alban hökmdarlarının adlarını sadalayır (I kitab, 8-ci fəsil). Lakin onun siyahısında əfsanəvi və tarixi şəxsiyyətlər bir-birinə qarışdırılmışdır.
Həmin adlar arasında Ərən (müəllifin yazdığına görə, İbrahim peyğəmbərin müasiri), Ərbak, Zaban (İsa peyğəmbərin müasiri), Pərnak, Əmbək, Ərnək, Əncaq, Bazuk, Kornak, Skaordi və başqaları qeyd olunur. Bu adların hamısı türk mənşəlidir.
Aran – qədim türkcə ərən (“igid”, “cəsur”) sözündəndir.
Ərbak – qədim türkcə ər (“kişi”, “igid”, “döyüşçü”) və bak (“bəy”, “tayfa başçısı”) sözlərindən ibarətdir. Midiyada Arbak şəxs adı ilə eynidir.
Zaban – qədim türkcə zəban, çaban sözləri ilə bağlıdır.
Pərnak – qədim türkcə bar (“var”, “mövcud”) və ınak (“dost”, “etibarlı adam”) sözlərindən yaranmışdır.
Əmbək – qədim türkcə əm (“bacarıqlı”, “məharətli”) və bak (“bəy”) sözlərindəndir.
Ərnək – qədim türkcə ər və ınak sözlərinin birləşməsidir. Attilanın oğlu İrnak və Orta Asiyada Xivə xanı İrnak adı ilə eynidir.
Əncaq – qədim türkcə ənq (“öndə gedən”) və sak/çak (“oyaq”, “huşyar”) sözlərindən ibarətdir.
Bazuk – qədim türkcə bazuk (“iri gövdəli”, “dolu bədənli”) sözündəndir. Hunlarda Əm-Bazuk adı ilə müqayisə olunur.
Kornak – qədim türkcə kür (“möhkəm”, “səbatlı”) və ınak sözlərindən yaranmışdır.
Kürdən şimalda mövcud olmuş Alban dövlətinin bəzi çarlarının adları antik mənbələrdə çəkilir.
Oroys (Oruz) – e.ə. I əsrdə Alban çarı. Plutarx bu adı Oroys, Appian Oroz və Oriz, Dion Kassiy isə Oris kimi qeyd etmişdir. Əsl forması Oruz/Uruz olub “xoş əlamət”, “qismət”, “nəsib”, “var-dövlət”, “xoş güzəran” mənalarını bildirən qədim türk sözündəndir. “Şahnamə”də Alp Arus, “Kitabi-Dədə Qorqud”da Uruz, Orta Asiyada Uruzbək, Urus xan və Orus xan adları ilə eynilik təşkil edir.
Kozis – Oruzun qardaşı, Alban sərkərdəsi. Güman edilir ki, türk dillərində “kozik” adlanan ulduz adı ilə bağlıdır. “Oğuznamə”nin uyğur variantında Kazuk adı mövcuddur. Kuçuk adı da bu sözün fonetik formasıdır.
Zober – e.ə. I əsrdə Alban çarının adı. Yunan və latın dillərində “ç”, “ş” səsləri olmadığına görə, adın əsl forması Çəpər / Çəvər / Şəvər sözləri ilə bağlıdır. Bu söz türk dillərində “təmiz”, “gözəl”, “nəcib”, “mahir”, “zirək”, “cazibəli” kimi mənalar ifadə edir. Sak çarı Sabar, Zaberxan, Şibir xaqan, Sabar çarı və Savar adları ilə eynidir.
Qiyasəddin Qeybullayev, Tarixçi alim.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 14 Yanvar 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















