Türk musiqisinin məşhur siması reanimasiyada
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türk musiqisinin tanınmış gitaraçısı, bəstəkarı və aranjimançısı Cengiz Coşkuner reanimasiyaya yerləşdirilib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, 76 yaşlı sənətçi istirahət üçün getdiyi Muğlanın Datça rayonunda qəfil özünü pis hiss edib.
Nəfəs almaqda çətinlik çəkən Cengiz Coşkuner ilkin tibbi yardımdan sonra Datça Dövlət Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağırlaşması səbəbindən əvvəlcə Marmarisə, daha sonra isə Bodrumdakı özəl xəstəxanalardan birinə köçürülüb.
Reanimasiya şöbəsində müalicəsi davam etdirilən sənətçinin süni tənəffüs aparatına qoşulduğu bildirilir.
Qeyd edək ki, Cengiz Coşkuner uzun illər ərzində Orhan Gencebay, Zeki Müren, Bülent Ersoy, Selami Şahin, Coşkun Sabah və Neşe Karaböcek kimi məşhur sənətçilərlə çalışıb.
O, Cengiz Kurtoğlunun ifasında məşhurlaşan “Duvardaki Resim”, “Gelin” və “Unutulan” mahnılarının bəstəkarı kimi də tanınır. Coşkuner 1986-cı ildən etibarən çoxsaylı instrumental albomlar təqdim edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 28 Sentyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















