Icma.az
close
up
RU
Türk ordusu 2 günə darmadağın etdi, sərhədi çəkdi!

Türk ordusu 2 günə darmadağın etdi, sərhədi çəkdi!

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şimali Kipr yunan millətçilərinin təzyiqi ilə üz-üzə qalanda Türkiyə çox cəhdlər elədi ki, beynəlxalq birlik orda türklərin pozulan hüquqlarını qorumaqla yanaşı, yunanların törətdikləri qətllərin də qarşısını alsın. Heç bir dövlət Türkiyənin səsini eşitmirdi. Nə zaman məsələ gündəmə gəlirdisə, BMT, NATO və bütün beynəlxalq aləm “gözləyin, danışıqlar aparın, sülh platforması yaradın, müharibə olsa, Qərb və Rusiya Türkiyəni məhv edəcək” deyə, dünya mediasında yazılar dərc edilirdi. Heç bir güc Türkiyə tərəfdə deyildi.

Kipr adasında gərginlik o dərəcəyə çatdı ki, BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyası 1964-cü il martın 4-də 186 saylı qətnamə ilə Kiprdə sülhü təmin etmək üçün BMT silahlı qüvvələrinin yaradılması və həmin qüvvələrin yunan və türk icmaları arasında yerləşdirilməsinə qərar verdi. Qeyd edim ki, Kiprdə ən qanlı hücumlar 1963-cü ilin dekabrında başlayıb. Yunanların hücumları tarixə “Qanlı Milad” kimi düşüb. 364 türk şəhid olub, 103 türk kəndi boşaldılıb.

Lakin Yunanıstanın gizli yollarla oraya gətirdiyi 20 min nəfərdən yuхarı hərbi qüvvə türk icmasının əvvəlcə ayrı-ayrı anklavlara, daha sonra isə adanın cəmi üç faizini təşkil edən hissəsinə sığınmağa vadar etdi. Türk diplomatların хristian həmrəyliyi qarşısında səsi və etirazları demək olar ki, eşidilməz olmuşdu.

Türkiyə bütün dünyaya sübut etməyə çalışırdı ki, Şimali Kipr türklərə məxsus bir yerdir və orda türklərin haqqı pozulur! Lakin bu səs eşidilmirdi.

Nəhayət, 1974-cü il iyulun 19-da Makariosun Nyu Yorkda BMT Təhlükəsizlik Şurasına müraciətindən sonra Türkiyənin 14 vilayətində səfərbərlik elan edildi. İyulun 20-də Bülənd Ecevitin əmri ilə Türkiyə hərbi hava qüvvələri və donanması türk qoşun hissələrini adanın şimalına çıхarıldı. Türk qoşunlarının aparldığı uğurlu əməliyyat nəticəsində adada yunanların zorakılığına son qoyuldu, adanın 37 faizə qədəri etnik təmizləmə həyata keçirməyi qarşısına məqsəd qoyan EOKA terror təşkilatının quldur dəstələrindən azad edildi.

Kipr Sülh Əməliyyatı 1974-cü il 20 iyul səhərinin ilk işığı ilə başlayıb. Hava və dəniz yolu ilə Kiprə enən türk əsgərləri Kipr türk mücahidləri ilə çiyin-çiyinə döyüşüb. Türkiyə Təhlükəsizlik Şurasının qərarından sonra 22 iyul 1974-cü ildə əməliyyatı dayandırıb.

Türkiyə, Yunanıstan və İngiltərə bir araya gələrək, Kipr probleminin həlli üçün danışıqlara başlayıblar. Lakin iyulun sonunda başlayan Cenevrə danışıqları nəticəsiz qaldığından əməliyyatın ikinci hissəsinə avqustun 13-dən 14-nə keçən gecə “Ayşə məzuniyyətə getsin” şüarı ilə start verilib. Türkiyə hərbçiləri böyük uğur qazanıblar.

Kipr Türk Federativ Dövləti 13 fevral 1975-ci ildə yaradılıb. 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) yarandığı elan edilib.

Bundan sonra əvvələr Türkiyənin yalvardığı dövlətlər və qurumlar başladı Ankaraya yalvarmağa, xahiş etməyə...

Dünya güclülərin tərəfindədir. Əsla və əsla heç bir dövlətin öz torpaqları uğrunda müharibəsində beynəlxalq güclər tərəf olmaq istəməz. Onlar sadəcə qaliblərin yanında olarlar...

Dünya dövlətləri münaqişənin hüquqi həllinə qədər ŞKTC-ni rəsmən tanımaq istəmirlər. Bununla belə, ŞKTC ilə bir çox dövlətlər qeyri-rəsmi iqtisadi və mədəni əlaqələr saxlayırlar. Dövlət İslam Konfransı Təşkilatına müşahidəçi üzv kimi daxildir. Yeri gəlmişkən, əvvəllər Pakistan və Banqladeş ŞKTC-ni müstəqil dövlət kimi tanıyıb, amma sonradan bundan imtina ediblər. Buna baxmayaraq, hazırda ABŞ, Böyük Britaniya və sairin burada müəyyən səlahiyyətlərə malik nümayəndəlikləri mövcuddur.

ŞKTC-nin əhalisi təqribən 300 min nəfərdir. Əhalinin çoxu yerli etnik türklərdir. Həmçinin müəyyən qədər anklavlarda yaşayan kipr yunanları və maronitlər də var.

Və yəhudi əsilli amerikalı diplomat, siyasətçi və politoloq Henri Kissincerin da xidmətini unutmaq lazım deyil. Eyni zamanda Türkiyənin Baş naziri olmuş Bülənd Ecevitin ruhu şad olsun!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Aprel 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri