Icma.az
close
up
RU
Türk şirkəti Ələt limanı yaxınlığında konteyner anbarı inşa etməyi planlaşdırır

Türk şirkəti Ələt limanı yaxınlığında konteyner anbarı inşa etməyi planlaşdırır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 10 sentyabr, AZƏRTAC

Orta Dəhliz (Middle Corridor) region ölkələri arasında yükdaşımalarının effektivliyini və sürətini artırmaq üçün mühüm imkanlar açır.

Bu barədə AZƏRTAC-a müsahibəsində Türkiyənin “Caspian Line Trucking” şirkətinin rəhbəri Emrah Balkaya bildirib: “Biz əsasən Avropa ölkələri ilə Asiya ölkələri arasında intermodal daşımacılıq həyata keçiririk. Akdoğan, Ələt və Almatı limanlarında, həmçinin Artvin-Hopa, İstanbul, İtaliya və Almaniyanın Hamburq şəhərində ofislərimiz fəaliyyət göstərir. Bu şəbəkə vasitəsilə tamamilə konteyner daşımaları icra edirik. Əlavə olaraq, yaşıl yol konsepsiyası əsasında ekoloji cəhətdən təhlükəsiz daşımalar həyata keçirməkdəyik”.

Şirkət rəhbəri qeyd edib ki, hazırda Qazaxıstanda hasil olunan misin Türkiyəyə daşınması üzrə böyük layihələr icra edilir: “Aylıq orta hesabla 15–20 min ton mis daşınmasını təmin edirik. Bu, həm region əməkdaşlığını, həm də tranzit imkanlarını genişləndirir”.

Azərbaycanda gələcək planlara da toxunan E.Balkaya bildirib ki, “Caspian Line Trucking” Ələt limanı yaxınlığında konteyner anbarı inşa etməyi nəzərdə tutur: “Azərbaycanda konteyner daşımaları üçün böyük potensial var. Parsial yükləmələrin toplanması və buradan Çin, Qazaxıstan, Türkmənistan istiqamətlərinə daşınması da planlarımız arasındadır”.

Emrah Balkaya Zəngəzur dəhlizinin açılmasının xüsusi əhəmiyyət daşıyacağını da diqqətə çatdırıb: “Ən böyük məqsədimiz Türkiyə ərazilərindən çıxmadan, Gürcüstana girmədən birbaşa Azərbaycan və digər türk ölkələrinə yükdaşımaları həyata keçirməkdir. Bu, həm tranzit müddətlərini qısaldacaq, həm də xərcləri azaldacaq”.

E.Balkaya sonda təşkil olunan beynəlxalq tədbirin yüksək səviyyədə keçirildiyini vurğulayaraq, regional əməkdaşlığa yeni töhfə verdiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri