Icma.az
close
up
RU
“Türk soylu şəxs o halda Türkiyədə çalışma izni üçün müraciət edə bilər ki...” Ekspert qanuna dəyişiklikləri açıqladı

“Türk soylu şəxs o halda Türkiyədə çalışma izni üçün müraciət edə bilər ki...” Ekspert qanuna dəyişiklikləri açıqladı

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Türk soylu əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst yerinə yetirməsi, dövlət, özəl qurum və ya iş yerlərində çalışa bilmələri haqqında qanun var. Bu qanun 1981-ci il sentyabrın 25-də qəbul edilib”.

“AzPolitika” bildirir ki, bu barədə siyasi şərhçi Şahin Cəfərli Türkiyədə sözügedən qanuna dəyişiklikləri şərh edərkən deyib.

Onun sözlərinə görə, qanun türk soylu əcnəbilərin - xarici ölkə vətəndaşları, eləcə də vətəndaşlığı olmayanların Türkiyədə iş icazəsi (çalışma izni) almasını tənzimləyir. “Qanunda kimlərin türk soylu sayıldığı konkret göstərilməyib. Amma yaşadıqları ölkələrdə təqib olunan türklərin - Batı Trakya (Yunanıstan), Bolqarıstan, uyğur (Çin), Krım və Ahıska (SSRİ) türklərinin nəzərdə tutulduğu aydındır”, - o əlavə edib.

Üç gün əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanın bu qanunla bağlı Əsasnaməyə dəyişiklik və əlavələr etdiyini xatırladan Şahin Cəfərli vurğulayıb ki, yeniliklərin Azərbaycan və digər müstəqil türk cümhuriyyətləri ilə əlaqəli ola bilməyəcəyini asanlıqla anlamaq olur: “Məsələn, gətirilən yeni şərtə əsasən Türkiyədə iş icazəsi almaq istəyən türk soylu şəxs vətəndaşı olduğu ölkənin əhalisinin mütləq əksəriyyətindən fərqli etnik və mədəni kimliyə sahib olduğunu sübut etməlidir. Əgər bu qanun və əsasnamə Azərbaycan vətəndaşlarına aiddirsə, onda belə çıxır ki, Türkiyədə çalışmaq üçün yalnız mütləq çoxluq - Azərbaycan türklərindən fərqli etnik-mədəni kimliyə malik türk soylu Azərbaycan vətəndaşları (?) müraciət edə bilər. Təbii ki, belə bir absurdizm mümkün deyil”. 

Təhlilçinin sözlərinə görə, digər yeni şərtə görə türk soylu şəxs o halda Türkiyədə çalışma izni almaq üçün müraciət edə bilər ki, vətəndaşı olduğu ölkədə özündən asılı olmayan səbəblərlə peşəsini, sənətini yerinə yetirmək imkanından məhrum olsun və həyatını Türkiyədə davam etdirmək zorunda qalsın. “Bu yerdə bəlkə türk cümhuriyyətlərində siyasi və ya digər səbəblərlə təqib olunan şəxslər ağla gələ bilər, amma aydındır ki, Türkiyə hazırkı müstəqil türk dövlətlərində hökumətlərin təqibinə məruz qalanlara belə bir imtiyaz verməz. Uyğurlar bu təsnifata aid edilə bilər, lakin Türkiyə hökuməti bəzən Çindən qaçıb gələn uyğurlara sığınacaq vermir”, - o qeyd edib.

Ş.Cəfərli bildirib ki, başqa bir əlavəyə görə kimlərin türk soylu sayıldığı dəqiqləşdiriləcək və buna Prezident qərar verəcək.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Oktyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see867

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see263

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see228

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see204

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see195

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see194

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Gözləmələrin qida dadına necə təsir etdiyi məlum oldu…

26 Noyabr 2025 23:27see161

Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı

26 Noyabr 2025 20:48see153

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see151

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see150

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see145

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see142

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see141

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see137

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see134

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see133

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see131

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri