Icma.az
close
up
RU
Türkanda yanğın təhlükəli mehmanxananın fəaliyyəti dayandırılıb FOTO VİDEO

Türkanda yanğın təhlükəli mehmanxananın fəaliyyəti dayandırılıb FOTO VİDEO

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Xəzər rayonunun Türkan qəsəbəsində yanğın təhlükəli mehmanxanın fəaliyyəti dayandırlıb.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Türkan-Hövsan yolunun yaxınlığında yerləşən vətəndaş Salamov Fəqan Yavər oğluna məxsus mehmanxanada keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə mövcud olan avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu işlək vəziyyətdə deyil;

- yanğın siqnalizasiya qurğusuna, tüstüyə qarşı müdafiə sisteminə, yanğına qarşı daxili su şəbəkəsinin nasos stansiyasına texniki xidmət ixtisaslı mütəxəssis tərəfindən həyata keçirilməyib;

- obyektin fasadının üzlənməsində istifadə olunmuş tikinti materialının yanma qrupunu müəyyən edən müvafiq sənədlər təqdim edilməyib;

- obyektdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;

- elektrik avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməyib, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

- obyektin tüstü bacası təmizlənməyib;

- obyektin qazanxanasına əlavə əşya və materiallar yığılıb;

- mətbəxə və qazanxanaya çəkilən qaz xətti “Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”na uyğun həyata keçirilməyib, o cümlədən mətbəxə gələn qaz sobaya rezin boru vasitəsilə birləşdirilib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan-Hövsan yolunun yaxınlığında yerləşən Salamov Fəqan Yavər oğluna məxsus mehmanxananın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 Mart 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see377

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see262

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see225

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see204

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see198

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see190

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see176

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see166

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see163

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see162

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see161

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see157

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see151

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see151

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see151

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see150

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see148

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see146

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri