Icma.az
close
up
RU
Tovuzda yanğın təhlükəli obyektlərin fəaliyyəti dayandırılıb VİDEO

Tovuzda yanğın təhlükəli obyektlərin fəaliyyəti dayandırılıb VİDEO

Icma.az bildirir, Apa.az portalına istinadən.

Tovuzda yanğın təhlükəli obyektlərin fəaliyyəti dayandırılıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Tovuz rayonunun, Şamlıq və Alakol kəndləri ərazisində yerləşən “Valeh” MMC-yə məxsus yanacaqdoldurma köşklərində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektlər yanğın avtomatika qurğuları ilə təmin edilməyib;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- obyektlər xarici yanğınların söndürülməsi üçün su ehtiyatı ilə təmin edilməyib;

- obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- obyektlərdə ildırımötürücü quraşdırılmayıb;

- obyektlər qəza işıqlandırma qurğusu ilə təmin olunmayıb;

- köçürmə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmayıb;

- obyektlərdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- obyektlərdə siqaret çəkmək üçün xüsusi yerlər ayrılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Tovuz rayonunun, Şamlıq və Alakol kəndləri ərazisində yerləşən “Valeh” MMC-yə məxsus yanacaqdoldurma köşklərinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektlərin nümayəndəsinə təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 İyul 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see218

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see212

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see207

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see200

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see164

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see163

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see137

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see136

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see135

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see133

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see132

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see131

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see130

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see128

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see122

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see122

Bomba sığınacağında 1 saat...

25 Oktyabr 2025 18:34see121

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see121

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see121

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri