Türkiyə 2025ci ildə terrora tamamilə son qoya bilər Haber Global AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Türkiyə 2025-ci ildə terrora tamamilə son qoya bilər. “Report” xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” televiziya kanalının saytında dərc olunan “Fürsətlər də var, risklər də. 2025 terrora son qoymaq ilidirmi?” sərlövhəli məqalədə yazılıb.
Qeyd olunub ki, Türkiyə yeni ilə terrora tamamilə son qoymaq hədəfi ilə başlayır: “Türkiyə həm ölkə daxilində, həm də xaricdə terrora son qoymaq üçün çoxtərəfli addımlar atır”.
Məsələ ilə bağlı “Haber Global”a danışan təhlükəsizlik eksperti Abdulla Ağarın sözlərinə görə, Suriyanın yeni hakimiyyəti terror təhdidini tamamilə aradan qaldırmasa, Türkiyə istədiyi vaxt yeni əməliyyata başlaya bilər: “Artıq bu nöqtəyə gəlib çıxmışıq”.
Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan belçikalı həmkarı Bernar Quintenlə birgə mətbuat konfransında deyib ki, Suriyadakı terror təşkilatlarının fəaliyyətinə son qoyulmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 03 Yanvar 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















