Türkiyə 41 universitetin diplom və attestatlarını tanımır Aralarında Azərbaycanın da adı var
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Ali Təhsil Şurası (YÖK) ölkə xaricində olan 41 universitetin diplom və attestatlarını tanımır. Eyni zamanda, həmin ölkələrdəki 41 ali təhsil müəssisəsinin məzunlarının istənilən sənədinin ekvivalentlik müraciətləri qəbul olunmur.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə YÖK sədri, professor Erol Özvar açıqlama verib.
O, bunun səbəbini həmin ali və orta məktəblərin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi ilə izah edib: "Bu çərçivədə ABŞ, Albaniya, Avstraliya, Azərbaycan, Əfqanıstan, Belçika, Bosniya-Herseqovina, İndoneziya, Gürcüstan, İraq, Kamboca, Kanada, Qazaxıstan, Qırğızıstan, Kolumbiya, Kosovo, Nigeriya, Polşa, Rumıniya və Türkmənistanda fəaliyyət göstərən universitetlər, institutlar və liseylər daxil olmaqla, ümumilikdə 41 təhsil ocağı ilə bütün əlaqələr kəsilib".
YÖK-dən bu sırada bir sıəra universitetlərin adı çəkilsə də, Azərbaycandakı təhsil mərkəzinin adı açıqlanmayıb.
YÖK yalnız onu əlavə edib ki, türkiyəlilər və ya əcnəbilər seçim edərkən diqqətli olmalıdır.
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 15 İyul 2025 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















