Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Türkiyə 70, Azərbaycan isə 4 milyon turist qəbul etməyi hədəfləyir: Səbəb nədir?

Türkiyə 70, Azərbaycan isə 4 milyon turist qəbul etməyi hədəfləyir: Səbəb nədir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Dünyanın ən gəlirli sahələrindən biri olan turizm, eyni zamanda həmin ölkənin təbliğində, reallıqların çatdırılmasında mühüm rol oynayır. 

“Cebheinfo.az” xarici mediaya istinadla xəbər verir ki, bu gün artıq bir çox dünya ölkələri həmin sektordan yararlanaraq turizm ölkəsi kimi tanınırlar. 

Son illər turizmin inkişaf etdiyi ölkələrin sırasında qonşu ölkə olan Türkiyə də yer alır. Hər il turist sayını daha da artıran Türkiyə bu sektorun inkişafı üçün davamlı tədbirlər həyata keçirir, müxtəlif imkanlardan istifadə edərək ölkədə turizmin inkişafına çalışırlar. Məhz onun nəticəsidir ki, həmin ölkəyə gələn turist sayı ildən-ilə artır.

Türkiyə Otelçilər Federasiyasının (TÜROFED) prezidenti Erkan Yağcı Türkiyədə 70 milyon turist qəbul etmək üçün “yol xəritəsi”ni açıqlayıb. 

2024-cü ildə 60 milyon turist və 60 milyon dollar gəlir gətirən Türkiyə turizm sektoru turist sayını 70 milyona çatdırmaq üçün işlərə başlayıb.

2024-cü il turizm mövsümünü tarixi rekordlarla başa vurduqlarını deyən Yağcı bildirib ki, Türkiyə turizm tarixində bir ilkə imza atdı:

“Biz həmişə Türkiyənin turizm potensialının nə qədər yüksək olduğunu demişik. 

Biz çox yaxşı bilirik ki, bu rəqəmləri daha da irəli aparmaq üçün infrastrukturumuz və potensialımız var. Mövcud şərtlərlə Türkiyə 2025-ci ildə turist sayını ən azı 5-10 faiz artıracaq. Biz artıq bu siqnalları erkən sifariş satışlarında almağa başlamışıq".

Erkan Yağcı Türkiyənin uzunmüddətli planlamada 70-80 milyon turistə çatma potensialına sahib olduğunu söyləyib:

“Bu məqsədə çatmağın yolu yeni bazarlar tapmaq və inkişaf etdirməkdir. Biz bu düsturu İngiltərədə çox uğurla tətbiq etdik. Antalyaya 300-500 min ingilis gəlirdi. Milyonları qeyd edəndə “yuxu görürsən” deyənlər də oldu. Lakin istər Mədəniyyət və Turizm Nazirliyinin, istərsə də turizm mütəxəssislərinin səyi və düzgün strategiyası ilə bu rəqəm 1,5 milyona çatıb. 

Bizi qane etmədi, işləməyə davam etdik. Bu gün ölkəmizə gələn britaniyalı turistlərin sayı 4,5 milyon nəfərdir. Britaniya bazarı 2025-ci ildə daha da böyüyə bilər. Bu uğurun arxasında çox əhatəli bir araşdırma, təbliğat və planlaşdırma var. 

İndi mənbə bazarı olan digər ölkələrdə də eyni sistemi sınayacağıq. Fransa və Şimali Amerika bazarları son dərəcə vacibdir. Amerikadan Avropaya ciddi turist axını var. Həmin turist axınının bir hissəsini Türkiyəyə yönəltmək mümkündür.

Çin pandemiya ilə turizm səhnəsindən geri çəkildi. 2025-ci ildə yenidən turizm arenasına çıxacaq. Çinin Avropa hərəkatını Türkiyəyə cəlb edə bilərik. 

İngiltərədə qazandığımız uğuru niyə əldə etməyək? Bu gün “CNN” kanalına baxın, gündə 3-4 dəfə Türkiyə ilə bağlı reklam yayımlanır. Bunlar çox vacib tədqiqatlardır. Biz çətin coğrafiyada turizm inkişaf etdiririk. Təkcə Antalya Rusiya-Ukrayna müharibəsi səbəbindən 2-2,5 milyon itki ilə üzləşib. 

Əgər bu müharibə olmasaydı, Antalya 18,5 milyon turist həddini asanlıqla keçəcəkdi. Əgər bu gün bölgəmizdə müharibələr və gərginlik bitsəydi, hər şey tez düzələrdi. Belə bir mühitdə Türkiyə turizmdə yeni bir sıçrayış edəcək. Çünki turizm dinc mühitdə baş verir”.

Erkan Yağcı İngiltərə turizm bazarında qeydə alınan artımla bağlı birsıra addımların atıldığını açıqlayıb: 

“İngilis düsturunun ən böyük uğuru Türkiyə Turizm Təşviq və İnkişaf Agentliyinin (TGA) qurulması ilə başladı. TGA çərçivəsində mənbə bazarı ola biləcək ölkələr bir-bir təyin olundu və ölkə, hətta şəhər tanıtım strategiyaları yaradılmağa başlandı. 

Hədəf ölkənin maraqlarına uyğun olaraq tanıtım fəaliyyətləri həyata keçirildi. 

Hədəf bazarında üstünlük təşkil edən tur operatorları ilə əməliyyatlar təşkil edilib, tətil vərdişləri araşdırılıb və bu meyarlara uyğun olaraq tanıtım və endirim kampaniyaları həyata keçirilib. 

Böyük Britaniya bazarında əldə edilən uğurdan sonra Fransa, Çin, İtaliya və ABŞ-də oxşar tədqiqatlar başladıldı. Hazırda Çində Kapadokya (“Balon turizmi”), Fransa və İtaliyada isə Aralıq dənizi turizmi üçün reklam kampaniyaları aparılır”.

Qeyd edək ki, Azərbaycanda da tuzim prioritet sahələrdən biri hesab edilir. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycana 196 ölkədən 2626,7 min və yaxud 2023-cü illə müqayisədə 25,9 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

2023-cü illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 34,9 % artaraq 112,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 21,4 % artaraq 425 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 18,8 % artaraq 979 min nəfər olub. 

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 %-i hava, 23,1 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bildirib ki, 2025-ci ildə Azərbaycana gələn turistlərin sayı 3 milyona çatacaq. 

Onun sözlərinə görə, hazırkı artım templərinə əsasən, 2028-ci ilə qədər illik turist sayının 4 milyona yüksəlməsi proqnozlaşdırılır:

"2024-cü ildə Azərbaycana 24 519 kommersiya yönümlü uçuş həyata keçirilib ki, bu da əvvəlki dövrlə müqayisədə 18 % artım deməkdir. 

Eyni zamanda, yanvar-oktyabr aylarında turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ümumilikdə 2,49 milyard manatlıq əlavə dəyər yaranıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 % artım təşkil edir".  

Dövlət Turizm Agentliyinin hesabatına görə, bu ilin yanvar ayında Azərbaycana 172 min 653 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. 

Hesabat dövründə Azərbaycana ən çox turist 41 490 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (31 632 nəfər), 3-cü yerdə isə Hindistan (17 073 nəfər) qərarlaşıb. 

Bundan başqa, ay ərzində İrandan 15 min, Gürcüstandan 8,7 min, Səudiyyə Ərəbistandan 6,1 min, Qazaxıstandan 5,5 min, Birləşmiş Ərəb Əmirliklərindən 5,4 min, Pakistandan 5,2 min, Küveytdən 3,7 min, Özbəkistandan 2,9 min, Türkmənistandan 2,8 min, Çindən 2,6 min, Ukraynadan 2,4 min, İsraildən 2 min turist gəlib.

Beləliklə, ötən ilin nəticələri heç də qənaətbəxş deyil. Bu gün sektorun fəaliyyətinin yüksək səviyyədə olmaması, turistlərin sayının az olmasını isə bəzən quru sərhədlərinin bağlı olması ilə əlaqələndirirlər. 

Burada quru sərhədlərinin də mənfi rolu var. Ancaq nəzərə almalıyıq ki, məsələ, Türkiyəyə gələn turistlərin əksəriyyəti hava nəqliyyatından istifadə edir. 

Reallıq odur ki, bu gün Azərbaycana gələn turist sayı Türkiyənin heç bir şəhərinə gələn turist sayı qədər təşkil etmir. Bu da onu göstərir ki, bu sektorun lazımi səviyyədə inkişaf etdirilməsinə, daha çox işlərin görülməsinə ehtiyac var. 

Əgər bu sektordan yararlanmaq, turizm ölkəsi kimi tanınmaq istəyiriksə, ən az Türkiyənin təqdim etdiyi “yol xəritəsi”ndən istifadə edilməlidir. 

Onu da vurğulayaq ki, 2028-ci ilə hələ 3 il var və bu müddətdə turist sayını cəmi 4 milyon çatdırmaq istəyiriksə, bu elə yerində saymaqdır.   

Nigar Abdullayeva
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Fevral 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri