Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Ürək və damarlar üçün faydalı 7 konservləşdirilmiş qida

Ürək və damarlar üçün faydalı 7 konservləşdirilmiş qida

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qanda xolesterinin yüksək səviyyəsi bu yağlı maddənin qan damarlarında həddindən artıq yığılması zamanı yaranır. Onu azaltmaq üçün rasionu dəyişmək, o cümlədən bəzi konservləşdirilmiş məhsulları qida menyusuna əlavə etmək kifayətdir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Verywellhealth” nəşri yazıb.

Materialın məzmunu qeydiyyatdan keçmiş diyetoloq Elizabet Barns tərəfindən yoxlanılıb və təsdiqlənib.

Nəşr xolesterini azaltmaq üçün istehlak edilməsi tövsiyə olunan 7 konserv məhsulunu təqdim edib.

1. Konservləşdirilmiş lobya

Lobya ürək üçün faydalı paxlalı bitkidir və həzm sistemində xolesterinlə birləşərək onun orqanizmdən xaric olunmasına kömək edən həll olunan liflə zəngindir. "ScienceDirect” jurnalında dərc olunan 2019-cu il tədqiqatı göstərib ki, gündə bir stəkan lobya istehlakı aşağı sıxlıqlı lipoproteinlərin (LDL), yəni "pis” xolesterinin səviyyəsini azalda bilər.

Paxlalı bitkilər rasionda faydalı bitki zülalı ilə önəmlidir. Heyvani mənşəli zülaldan fərqli olaraq, bu zülal xolesterini artırmır. Bundan əlavə, lobya ilə zəngin qidaların qəbulu diabet, piylənmə və yüksək qan təzyiqi riskini azalda bilər. Bu fakt "MDPI” nəşrində dərc olunan 2020-ci il tədqiqatında da təsdiqlənib.

2. Konservləşdirilmiş balqabaq

Balqabaq da LDL xolesterinin səviyyəsini azaltmağa kömək edən həll olunan lif mənbəyidir. Bu konserv məhsulunun bir stəkanında 7 qram lif, həmçinin bir sıra vitamin və minerallar mövcuddur.

Konservləşdirilmiş balqabaq alarkən etiketə diqqət yetirmək tövsiyə olunur. Mütəxəssislər əlavə şəkər ehtiva edə bilən balqabaq piroqu üçün içlik deyil, məhz balqabaq püresinin seçilməsini məsləhət görürlər.

3. Konservləşdirilmiş ispanaq

İspanaq xolesterinin səviyyəsini azaltmağa kömək edən qida maddələri ilə zəngindir. Bir stəkan konservləşdirilmiş ispanaqda 5 qram lif var. O, həmçinin ürək tutması və insult riskini azaldan lutein adlı antioksidant ehtiva edir.

Təzə ispanaqda qida maddələri daha çox olsa da, konservlər yaşıllıqları rasiona daxil etməyin rahat yoludur.

4. Balıq konservləri

Balıq konservləri zülal və omeqa-3 yağ turşularını tez və asan şəkildə əldə etməyə imkan verir. Konservləşdirilmiş tunets, qızılbalıq və sardina kimi yağlı balıqlar yüksək sıxlıqlı lipoproteinlərin (HDL), yəni "yaxşı” xolesterinin səviyyəsini artıra bilər.

Omeqa-3 yağ turşuları ilə zəngin qidaların qəbulu həmçinin ürək-damar xəstəlikləri, hipertoniya, insult və metabolik sindrom riskini azaldır.

5. Konservləşdirilmiş pomidor

Konservləşdirilmiş pomidorlar lif və likopinlə zəngindir. Likopin qan damarlarında iltihabı azaldan və LDL xolesterinin yığılmasının, nəticədə damarların tutulmasının qarşısını ala bilən antioksidantdır.

Pomidor konservi seçərkən "duz əlavə olunmayıb” qeydini daşıyan etiketlərə üstünlük verilməlidir. Çünki bir çox konserv məhsulları natriumla zəngindir və bu, yüksək qan təzyiqinə, uzunmüddətli perspektivdə isə ürək xəstəlikləri riskinin artmasına səbəb ola bilər.

6. Konservləşdirilmiş armud

Armud liflə zəngindir: konservləşdirilmiş məhsulun bir stəkanında 4 qram lif var. "CochraneLibrary”də dərc olunan 2022-ci il tədqiqatı armudun tərkibindəki həll olunan lifin LDL xolesterinin səviyyəsini azaltdığını göstərib.

Mütəxəssislər armudu şərbətdə deyil, suda və ya öz şirəsində konservləşdirilmiş formada seçməyi, həmçinin həddindən artıq şirin növlərdən uzaq durmağı tövsiyə edirlər. Çünki şəkərlə zəngin pəhriz xolesterinin səviyyəsini artıra bilər.

7. Konservləşdirilmiş okra

Okra yeməli çiçəkli bitkidən əldə olunan qidalı tərəvəzdir. O, suda həll olunan selikli maddə ehtiva edir və bu maddə LDL xolesterinlə birləşərək onun orqanizmdən çıxarılmasına kömək edir. Konservləşdirilmiş okranı şorbalara, güveçlərə və makaron yeməklərinə əlavə etmək mümkündür.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Fevral 2026 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see252

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see249

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see245

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see243

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see238

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see231

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see227

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see223

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see218

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see205

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see200

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see196

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see194

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see192

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see191

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see188

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see179

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see175

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

15 Noyabr 2026 05:49see174

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri