Icma.az
close
up
RU
Türkiyə Avropa, Asiya və Yaxın Şərq arasında ticarət dəhlizlərinin inkişafına səy göstərir Ərdoğan

Türkiyə Avropa, Asiya və Yaxın Şərq arasında ticarət dəhlizlərinin inkişafına səy göstərir Ərdoğan

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Türkiyə strateji tərəfdaşları ilə birlikdə Avropa, Asiya və Yaxın Şərq arasında ticarət əlaqələrinə və inkişafına töhfə verəcək nəqliyyat-loqistika dəhlizlərini işə salmağı planlaşdırır. İraqın Bəsrə şəhəri üzərindən keçən dəhliz və Xəzər dənizi ilə Zəngəzur marşrutları da buna aiddir”. SİA xəbər verir ki, bu barədə Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyənin 2030-cu ilədək Sənaye və Texnologiya Strategiyasının təqdimatında məlumat verib.

Onun sözlərinə görə, Türkiyə türk dövlətləri, Yaxın Şərq və Afrika ölkələri ilə toplanmış sənaye təcrübəsini bölüşməyə hazırdır. Bu da həmin ölkələrin iqtisadi və elmi-tədqiqat potensialının güclənməsinə töhfə verəcək.

Ərdoğan vurğulayıb ki, Ankara qlobal proqnozları nəzərə alaraq milli inkişaf modelləri formalaşdırır.

Dövlət başçısı Türkiyədə maksimal rəqabət qabiliyyətinə malik məhsul istehsalına imkan verən sənaye ekosisteminin formalaşacağına ümid etdiyini bildirib.

“Hədəfimiz Türkiyənin texnoloji müstəqilliyinə nail olmaqdır. Biz yeni texnologiyaların inkişafına, həmçinin yüksək texnologiyalı məhsulların istehsalı və ixracının genişləndirilməsinə çalışırıq”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

O qeyd edib ki, son 23 il ərzində Türkiyə beynəlxalq arenada güc balansına təsir göstərən faktora çevrilən ciddi nailiyyətlər əldə edib.

Türkiyə lideri KAAN beşinci nəsil yerli hərbi təyyarə layihəsini, TOGG elektrik avtomobilini, eləcə də komponentlərinin 80 faizdən çoxunun Türkiyədə hazırlandığı TÜRKSAT 6A telekommunikasiya peykini innovativ nailiyyətlər arasında göstərib.

“Bu gün Türkiyə peyk hazırlamaq qabiliyyətinə malik 11 ölkədən biridir”, – deyə o bildirib və Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarını qürur mənbəyi adlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Mart 2025 06:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see355

Sabiq icra başçısının polkovnik oğlu vəfat etdi

20 Avqust 2025 16:24see180

Frenki de Yonqun yeni agenti Deku ilə görüşüb

20 Avqust 2025 17:20see158

Mayor VƏFAT ETDİ görün kimi QARDAŞI imiş... FOTO

21 Avqust 2025 10:40see141

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see129

Aynişan: “Restoranda “steak” 200 manat idi, dedim, nə yaxşı ucuzdur” VİDEO

21 Avqust 2025 18:15see125

Edin Cekodan Türkiyə futbolu və azarkeşləri barədə maraqlı sözlər

20 Avqust 2025 18:20see123

Şəmkirdə dönərdən zəhərlənən 20 nəfərin siyahısı açıqlandı YENİLƏNİB

21 Avqust 2025 01:39see121

İS.M.M MMC yə daha bir iri məbləğli sifariş

20 Avqust 2025 18:51see121

Ərdoğan Makronla müzakirə apardı

21 Avqust 2025 19:21see120

Pakistanda musson yağışları: 800 nəfər ölüb

20 Avqust 2025 17:43see119

İsti havada artan tərləmə və ağız qoxusunun səbəbləri nədir? Qoxunu hansı qidalarla önləmək olar?

20 Avqust 2025 23:51see119

Rəqsanə İsmayılovanın vəkilindən müğənnini dələduzluqda ittiham edən şəxsin videomüraciətinə MÜNASİBƏT

20 Avqust 2025 19:40see119

Avropa Liqası: “Samsunspor” ilk oyunda “Panatinaikos”a uduzub

22 Avqust 2025 00:08see118

Ukraynaya “Şahed” hücumu HHM lər işə salındı

21 Avqust 2025 01:24see118

Əlcəzairli boksçudan gözlənilməz qərar

21 Avqust 2025 05:18see118

Elzanın bu videosu tənqid edildi Video

21 Avqust 2025 15:18see118

Məşhur ağrıkəsici şizofreniya simptomları YARATDI

22 Avqust 2025 00:10see116

“Qalatasaray” onu 8 milyona satdı

21 Avqust 2025 06:16see116

Saç ustası olduğu deyilən həkim DANIŞDI

22 Avqust 2025 09:52see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri