Icma.az
close
up
RU
Türkiyə Azərbaycan münasibətləri sarsılmaz qardaşlığın simvoludur

Türkiyə Azərbaycan münasibətləri sarsılmaz qardaşlığın simvoludur

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Son günlər Türkiyənin bəzi media və sosial şəbəkələrində Azərbaycana qarşı xoşagəlməz mövqe nümayiş etdirən, qardaşlıq ruhuna xələl gətirən fikirlərə rast gəlməkdədyik. Bəzi şəxslər qəsdən bu məsələdən sui-istifadə edir, qardaş ölkələrin müttəfiqliyini sarsıtmağa çalışır.
Türkiyə də çoxlu xalqlar və etniklər yaşayır və onlar hər zaman iki qardaşın arasını pozmağa cəhd edib, hesab edirəm ki, regionda baş verən indiki çox həssas dönəmlərdə belə tör-töküntülərin təbliğatına uymaq, səhvə yol vermək olmaz.
Əlbəttə, bütün bunları rəsmi Ankara və Türkiyənin elm və siyasət adamları, aydınları qəbuledilməz hal və təxribat kimi qarşılayır. Azərbaycan dövlətini özünün ayrılmaz qardaşı hesab edərək kin-küdurət təşviq edənləri kəskin şəkildə qınayır.
Azərbaycan və Türkiyə eyni qandır, bir qəlbdə döyünən eyni ürəkdir, qan və can bağlılığıdır. İki dövlətin varlığı eyni ruhlarındadır.
Minillikər tarixi olan hər qayada, hər daşda qardaşların hopmuş izi, qanı vardır. Azərbaycan və Türkiyə Bir Ananın İki Övladıdır. Hər bir azərbaycanlı Türkiyədə və dünyada yaşayan bütün türkləri özünün qardaşı hesab edir. Hər iki ölkə kədərini özünün kədəri, sevincini sevinci hesab edir.
Türkiyə 44 günlük Vətən müharibəsinin hər saniyəsində, Qələbənin hər anında Azərbaycanın arxasında dayandı, mənəvi dəstək oldu, Zəfər Paradında qardaşının sevincini bir yaşadı. Qarabağda quruculuğun ilk addımlarını da Türkiyə Azərbaycanla birgə atdı və bu gün öz köməyini davam etdirir.
Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsi ilə strtaeji müttəfqliyin sarsılmazlığını möhkəmləndirib və bu, dünyaya nümunədir. Şuşa qalasında, Gövhər Ağa Məscidində, Cıdır düzündə, Qarabağın hər uca zirvəsində Azərbaycan və Türkiyənin qoşa qanadı olan bayraqları ayrılmaz qardaşlığın simvolu kimi dalğalanır.
Qardaş ölkədə fəlakətli zəlzələ baş verəndə ilk haraya çatan Azərbaycan oldu, gecə-gündüz qardaşına kömək etdi, Bakıdan saysız karvanlar yola salındı. Zəlzələdən sonra bərpa və tikintidə də Azərbaycan çiyin-çiyinə çalışdı, Kahramanmaraşda Azərbaycan Məhəlləsi bir qardaşlıq salnaməsidir.
İki can qardaşı arasında heç kim nifaq sala bilməz. Prezident İlham Əliyevin bir müdrik deyimi var: “Türkiyənin uğuru Azərbaycanın uğurudur. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaq”.
Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl ANIM GÜNÜ ilə bağlı bir daha sarsılmaz qardaşlığın gücünə işasrə etdi: “Bir millət, iki dövlət” ruhunda çiyin-çiyinə dayanmaqda və ortaq gələcəyimizi birlikdə qurmaqda davam edəcəyik.
XXI əsr Türk əsridir, Türkiyə-Azərbaycan münasibətləri sarsılmaz qardaşlığını simvoludur.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Oktyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri