Türkiyə Azərbaycan və daha iki ölkə ilə Avropaya enerji ixracı barədə razılığa gəlib
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan xətti vasitəsilə Günəş və külək enerjisi kimi bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Avropaya ixracı planlaşdırılır.
Bakıvaxtı.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ABŞ-də yerli iş adamları ilə görüşündə deyib.
"Biz Azərbaycan, Gürcüstan və Bolqarıstanla yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti ilə bağlı mühüm razılaşma əldə etmişik. Biz həm şərqdə, həm də qərbdə təbii qaz tutumunu artırmışıq. Bolqarıstan və Yunanıstanla əlaqələr vasitəsilə biz Cənub-Şərqi Avropa ölkələrinin enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr vermişik. Hazırladığımız layihələrlə 2025-ci ildə Suriya və Naxçıvana qaz tədarük etməyə başladıq. Biz enerji sahəsində mərkəzi ölkə olmaq məqsədi ilə fəaliyyət göstəririk", - o bildirib./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 23 Sentyabr 2025 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















