Icma.az
close
up
RU
TÜRKİYƏ: AzərbaycanErmənistan sülh gündəliyinin açarı TƏHLİL

TÜRKİYƏ: AzərbaycanErmənistan sülh gündəliyinin açarı TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

“Cənubi Qafqazı sülh və əməkdaşlıq bölgəsinə çevirmək üçün Türkiyənin əlində çox ciddi imkanlar var. Türkiyə təkcə regionda yox, dünyada sülhün bərqərar olması üçün ciddi cəhdlər edir”


“Türkiyə Cənubi Qafqazda sülh və sabitliyi təmin etmək üçün səylərini davam etdirir”.

Bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan 15-ci Səfirlər Konfransının açılış mərasimində bildirib.

O qeyd edib ki, ölkəsi İranla ikitərəfli və regional ələqələri, həmçinin Yunanıstanla münasibətləri pozitiv saxlamaq üçün də addımları davam etdirir.

Hakan Fidanın açıqlamasını şərh edən siyasi şərhçi Abutalıb Səmədov “Şərq”ə açıqlamasında deyib ki, Türkiyə Cənubi Qafqazda rəqibləri üzərində strateji qələbə elan etmək yolunda irəliləmək üçün regional oyunçu baxımından Azərbaycan-Ermənistan sülh gündəliyinin açarına çevrilməyi hədəfləyib: “Türkiyə dünyanın ən nüfuzlu dövlətlərindən biridir. Suriyada baş verən hadisələr, Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması Türkiyənin çəkisini bir az da artırdı. Bütün bunlar göstərir ki, dünyada supergüc kimi tanınan dövlətlər belə Türkiyə ilə hesablaşmaq məcburiyyətindədir. 

Türkiyənin hər zaman qonşu ölkələrlə normal münasibətlər fonunda əməkdaşlıq etmək tərəfdarı olduğunu vurğulyan politoloq deyib ki, ciddi cəhdlə Türkiyə ilə danışıqlardan qaçan Bəşər Əsədin sonu digərlərinə də görk olmalıdır. Fransa və Amerikaya arxalanan Yunanıstan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəmir, səbəb isə Şərqi Aralıq dənizində tapılan neft yataqlarından Türkiyənin payına düşən haqqını verməmək niyyətləri durur. Türkiyə isə bununla barışmır və günün birində mütləq haqqı olanı alacaq”.

Türkiyənin konkret olaraq Cənubi Qafqazdakı fəaliyyətinə gəldikdə isə A.Səmədov deyib ki, Ermənistan Türkiyə ilə münasibətləri düzəltmək üçün əldən-ayaqdan gedir: “Türkiyənin şərti isə dəyişməz olaraq qalır. Azərbaycanla münasibətləri bərpa edib, sülh sazişi imzalandıqdan sonra Türkiyə Ermənistanla əməkdaşlığa başlaya, diplomatik münasibətlər qura bilər. 

Tək Ermənistan yox, İran da bilməlidir ki, Türkiyə ilə rəqabət aparmaq yox, ancaq dostluq münasibətləri qurmaq lazımdır. Türkiyə ilə ziddiyyət fonunda İran heç bir qazanc əldə edə bilməz. İtirə-itirə gedəcək. Necə ki Gürcüstan regiondakı reallığı dərk edir və Türkiyə ilə ticarət tərəfdaşlığı edir. 

Cənubi Qafqazı sülh və əməkdaşlıq bölgəsinə çevirmək üçün Türkiyənin əlində çox ciddi imkanlar var. Türkiyə təkcə regionda yox, dünyada sülhün bərqərar olması üçün ciddi cəhdlər edir. Türkiyənin konstruktiv mövqeyinə şübhə edənlərin, onunla razılaşmayanların da sonda yaşadığı peşmanlıqlar hər kəsə bəllidir. 

Türkiyədə imzalanan “İstanbul” razılaşmasından imtina edən Ukraynanın da bugünkü durumu göz qabağındadır. Türkiyəni axsadan yeganə problem iqtisadi çətinlikdir. Bu vəziyyəti düzəltmədən Türkiyənin layiq olduğu yerə gəlib çatması çətin olacaq. İndiki şəraitdə Türkiyə hakimiyyətinin əsas prioriteti ölkə iqtisadiyyatını gücləndirməkdir. İnşallah, qardaş ölkə bu problemlərini həll etdikdən sonra dünyanın supergüclərindən birinə çevriləcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Dekabr 2024 02:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri