Türkiyə BMT nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinə maliyyə yardımı göstərəcək
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 3 sentyabr, AZƏRTAC
Türkiyə mədəni sərvətlərin transmilli mütəşəkkil cinayətkarlıq və çirkli pulların yuyulması fəaliyyətlərində istifadəsi ilə mübarizə layihəsi çərçivəsində BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinə (UNODC) maliyyə yardımı göstərəcək.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən Türkiyə ilə BMT arasında əldə olunan razılaşmanın mətni “Resmi Gazete”də dərc olunub.
UNODC “Cənub-Şərqi Avropada mədəni irsin qorunmasının təkmilləşdirilməsi, transmilli mütəşəkkil cinayətkarlıq və çirkli pulların yuyulması fəaliyyətlərində mədəni sərvətlərin istifadəsinin qarşısının alınması” layihəsi çərçivəsində Türkiyənin göstərəcəyi maliyyə yardımı ilə bağlı məlumatı paylaşıb.
Türkiyə və UNODC, həmçinin layihənin uğurlu gedişinə mane olan və ya təhlükə yaradan hər hansı hallar barədə bir-birini dərhal məlumatlandırmağı öhdəsinə götürüb.
Bundan əlavə, BMT layihənin monitorinqi və mütəmadi olaraq nəzərdən keçirilməsinə cavabdeh olacaq. Layihə “çoxsahəli ciddi mütəşəkkil” cinayət təhdidləri ilə mübarizə üçün hərtərəfli yanaşma təklif edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 03 Sentyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















