Türkiyə boğazlardan keçidi məhdudlaşdırdı GƏRGİNLİK ARTIR
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Türkiyə Qara dənizə doğru hərəkət edən bəzi gəmilərin boğazlardan keçidini məhdudlaşdırmağa başlayıb.
"AzPolitika" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsi tərəfindən Rusiyanın Novorossiysk limanına gedən bir neçə gəmiyə marşrut üzrə keçid icazələri verilməyib. Bəzi hallarda isə Dardanel boğazından tranzit üçün müraciətlərə baxılmasının daha çox vaxt aparacağı vurğulanıb.
Qeyd olunub ki, analoji məhdudiyyətlər Ukrayna istiqamətində hərəkət edən bəzi gəmilərə də tətbiq edilib. Türkiyə hakimiyyəti bu tədbirlərin rəsmi səbəblərini açıqlamayıb.
Məhdudiyyətlər Qara dənizdə ticarət gəmilərinə qarşı PUA hücumlarının artmasından sonra tətbiq edilib. Son günlər bir neçə gəmi, o cümlədən göyərtəsində Türkiyə vətəndaşlarının olduğu gəmilər hücuma məruz qalıb.
Türkiyə hökuməti gəmilərin boğazlardan keçidinə tətbiq edilən məhdudiyyətlərin nə qədər davam edəcəyini açıqlamayıb.(publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 10 Avqust 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















