Türkiyə bu təyyarələr üçün 6 milyarda yaxın vəsait ödəyəcək Sazişin gələn həftə imzalanacağı deyilir
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə 40 ədəd "Tayfun" döyüş təyyarəsi üçün 5,6 milyard dollar dəyərində yeni müqavilə imzalayacaq. Bu böyük sazişin bu həftə İstanbulda keçiriləcək Müdafiə Sənayesi Sərgisində ictimaiyyətə elan ediləcəyi gözlənilir.
"AzPolitika" xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri məlumat yayıb.
Qeyd edək ki, "Tayfun" təyyarələri Böyük Britaniyanın "BAE Systems", Almaniya-Fransa-İspaniya ortaqlığı "Airbus" və İtaliyanın "Leonardo" şirkətləri konsorsiumu tərəfindən istehsal olunur. Türkiyə 2023-cü ildən bəri bu döyüş təyyarələrinə maraq göstərsə də, Almaniyanın xarici siyasət məsələləri ilə bağlı ixrac lisenziyasını təsdiqləməməsi prosesi yavaşlatmışdı.
"WSJ" həmçinin İngiltərənin ilin sonuna qədər Türkiyə ilə texniki razılaşma imzalamağı hədəflədiyini qeyd edib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 21 İyul 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















