Icma.az
close
up
RU
Türkiyə bunu xəyanət kimi qəbul edə bilər, lakin... Fələstinin Yunan Kiprindəki səfirinin sərsəm iddiaları (TƏHLİL)

Türkiyə bunu xəyanət kimi qəbul edə bilər, lakin... Fələstinin Yunan Kiprindəki səfirinin sərsəm iddiaları (TƏHLİL)

Icma.az, Mia.az saytına istinadən bildirir.

Fələstinin Yunan Kiprindəki səfiri Abdullah Attarinin son günlər verdiyi açıqlamalar Fələstin-Türkiyə münasibətlərində qeyri-müəyyənlik yaradıb. Attarinin Yunanıstanın “Politis” nəşrinə müsahibəsində səsləndirdiyi fikirlər Türkiyədə heyrət doğurub və geniş müzakirələrə səbəb olub. O, Ankaranın Fələstin məsələsinə yanaşmasını sərt tənqid edib.

Ümumiyyətlə, Türkiyə illərdir Fələstini beynəlxalq səviyyədə ən fəal şəkildə müdafiə edən ölkələrdəndir. Xüsusilə Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə Ankara həm BMT tribunalarında, həm də Qəzzada baş verən hərbi əməliyyatlar zamanı Fələstinin hüquqlarını qətiyyətlə müdafiə edib. İsrailə qarşı sərt ritorika, Qəzzaya humanitar və diplomatik dəstək vasitəsilə Türkiyə özünü Fələstin xalqının əsas beynəlxalq müdafiəçisi kimi təqdim edib və bu mövqeyini qəbul etdirə bilib.

Lakin Abdullah Attarinin sözləri göstərir ki, Fələstin rəhbərliyi bu münasibətləri birtərəfli və tabeedici formatda görmək istəmir. Səfirin “Biz yetim deyilik” ifadəsi Fələstin dövlətinin öz siyasi mövqeyini və beynəlxalq strategiyasını müstəqil şəkildə müəyyənləşdirmək niyyətini ortaya qoyur. Bu isə Türkiyənin regiondakı təsir dairəsinə qarşı incə, lakin açıq bir mesaj kimi qiymətləndirilə bilər.

Attarinin açıqlamaları Türkiyə diplomatiyası üçün dilemma yaradır. Bir tərəfdən Ankara Fələstin məsələsini regional və qlobal siyasətində mühüm bir ideoloji sütun kimi istifadə edir. Digər tərəfdən isə Fələstin rəhbərliyinin bu məsələdə Türkiyəyə qarşı tənqidi mövqeyə keçməsi Ankara üçün strateji risk yarada bilər. Türkiyə İslam dünyasında liderlik missiyasını üzərinə götürmək niyyətindədir və bu çərçivədə İsrail-Fələstin münaqişəsində vasitəçi və ya müdafiəçi rolu oynayır.

Attarinin açıqlaması Türkiyənin Kipr siyasətinə də təsir göstərə bilər. Fələstin rəhbərliyinin Yunan Kipri ilə yaxın münasibətləri vurğulaması, Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinə verdiyi dəstəklə ziddiyyət təşkil edir və regionda mövcud siyasi parçalanmanı daha da dərinləşdirə bilər.

Bu bəyanatın BMT Baş Assambleyasının 81-ci sessiyası fonunda verilməsi xüsusi diqqət çəkir. Əslində məsələyə hər şeydən öncə bu detal üzərindən baxmaq faydalı olar. Aydın məsələdir ki, Fələstin Türkiyənin yaxın dəstəyindən əlavə, alternativ diplomatik tərəfdaşlıqlar axtarışındadır.

Fələstin rəhbərliyi yeni reallıqların fərqindədir. Belə ki, hər şeydən öncə Qəzzada HƏMAS-ın mövqeləri ciddi şəkildə zəifləyib. Bu, uzun zaman sonra Qəzzaya Fələstin Administrasiyasının və mövcud iqtidarın nəzarət edə bilməsi ehtimalını artırır. Digər tərəfdən, Təl-Əvivin Qəzzada apardığı hərbi əməliyyatlar tədricən soyqırım və qətliama çevrilib. Nəzarətsiz şiddətin tətbiqi mülki obyektlərin və şəxslərin hədəfə alınmasına, 60 mindən çox insanın həyatını itirməsinə səbəb olub. Son olaraq isə İsrailin əməliyyatların gedişində Qəzzanı işğal və ilhaq etmə hədəfini açıqlaması vəziyyəti əsaslı şəkildə dəyişib.

Fələstin Qəzzada baş verənləri dünya ictimaiyyətinin diqqətinə çatdıra bilib. Təsadüfi deyil ki, Böyük Britaniya, Fransa, Almaniya və bir sıra digər Avropa ölkələri Təl-Əvivə qarşı mövqe sərgiləyir, hətta Fələstinin müstəqilliyini tanımaqla hədələyirlər. Bunun əsas səbəbi isə Avropada və dünyanın bir çox yerlərində insanların Qəzzada baş verənlərə etiraz etməsi və öz hökumətlərinə bu məsələ ilə bağlı təzyiq göstərməsidir. Bu və digər yeniliklər Fələstin diplomatiyasında yeni bir kursun formalaşdığını göstərir. Attarinin sözləri də bu mənada sadəcə bir açıqlamadan daha artıqdır.

İlkin rəy kimi demək olar ki, bu yeni kurs daha balanslı, müstəqil və çoxqütblü bir xarici siyasət xəttini ifadə edir. Artıq Fələstin rəhbərliyi yalnız bir gücə deyil, bir neçə güc mərkəzinə eyni zamanda açıq olmaq niyyətindədir. Hətta Abdullah Attarinin müsahibəsindən bu nəticəyə gəlmək olar ki, Fələstin rəhbərliyi bu yolda müəyyən mənada Ankara ilə məsafə də saxlaya bilər.

Attarinin açıqlamaları onu da sübut etdi ki, Azərbaycanın Fələstinə münasibətdə tutduğu soyuqqanlı və ölçülü mövqe, həmçinin münaqişəyə dair yanaşması doğrudur. Bakı heç vaxt Fələstin məsələsində emosional yanaşma sərgiləməyib. Hətta Fələstin Ermənistanın soyqırımını tanıyıb, Qarabağ məsələsində ermənilərə tərəf mövqe sərgiləsə də, Bakı BMT-dəki səsvermələrdə müsəlman həmrəyliyini qoruyaraq Fələstini dəstəkləyib. İsrail ilə münasibətlərimizə baxmayaraq, Azərbaycan Fələstinlə diplomatik əlaqələri daim qurub və inkişaf etdirib.

Azərbaycan əslində illərdir bu siyasi xətti izləyir. Hətta İkinci Qarabağ müharibəsində əldə edilən tarixi zəfər də bu siyasətin real nəticəsidir. Bakı Ankaranın tənqidlərinə rəğmən, illərdir İsraillə əməkdaşlıq edir, lakin bu, Fələstin münaqişəsinə və digər regional məsələlərə yanaşmada balanslı siyasətə söykənib. Fələstin bu siyasi xətti davam etdirərsə və balansı pozmasa, İsrail qarşısında ciddi beynəlxalq dəstək əldə edə bilər. Hətta yaxın perspektivdə bir dövlət kimi müstəqilliyinin tanınması da mümkün görünür.

Türkiyə bunu xəyanət kimi qəbul edə bilər, lakin siyasətdə təkcə prinsipiallıq deyil, diplomatik incəliklər, qarşılıqlı hörmət və praqmatizm də vacib amillərdir.

Turan Rzayev

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://mia.az
archiveBu xəbər 04 Avqust 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see242

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see226

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see177

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see144

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see126

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib

06 Avqust 2025 16:16see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri