Icma.az
close
up
RU
Türkiyə COP29da 29 illik hədəfini açıqlayacaq

Türkiyə COP29da 29 illik hədəfini açıqlayacaq

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

NTV telekanalı Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Türkiyənin gözləntiləri və hədəfləri barədə tamaşaçılara bəhs edib.

Globalinfo.az “Azərtac”a istinadən xəbər verir ki, xəbər kanalının reportajında Ankaranın COP29-da açıqlanacaq Türkiyənin uzunmüddətli iqlim dəyişikliyi strategiyasına dair yeni yol xəritəsinin işlənib hazırlamasından bəhs olunur.

Reportajda qlobal iqlim dəyişmələrinin bəşəriyyət üçün ciddi sosial və iqtisadi nəticələrinə diqqət çəkən Türkiyənin İqlim Dəyişmələri İdarəsinin rəhbəri professor Xəlil Hasarın rəyi yer alıb.

O, ötən il Dubayda keçirilmiş COP28 sessiyasının nəticələrini xatırladıb, bu sessiya çərçivəsində enerji sektorunun ətraf mühitə təsiri ilə bağlı fəal müzakirələrin aparıldığını vurğulayaraq deyib: “COP29-un əsas gündəliyi isə Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) qəbul edilməsi, yəni, iqlim maliyyələşdirilməsi məsələsi olacaq”. Türkiyənin İqlim Dəyişmələri İdarəsinin rəhbəri inkişaf etmiş ölkələrin iqlim məqsədləri üçün inkişaf etməkdə olan ölkələrə 100 milyard dollar ayırmaqla bağlı öhdəliklərini xatırladıb.

Onun fikrincə, Bakıda COP29 çərçivəsində müzakirələr daha fəal və uzunmüddətli olacaq ki, bu da NCQG-nin qəbul edilməsi ilə bağlıdır.

“Gələcək nəsillərə ekoloji cəhətdən daha sağlam bir planet buraxmalıyıq. Bu, bizim borcumuzdur. Bu məqsədə çatmaq üçün bütün imkanlardan istifadə etmək vacibdir. Türkiyə bu istiqamətdə aktiv addımlar atmağa hazırdır”, – deyən professor Xəlil Hasar dövlətlərin bəyan etdiyi ekoloji öhdəliklərin kağız üzərində qalmamasının vacibliyini vurğulayıb.

Türkiyənin İqlim Dəyişmələri İdarəsinin rəhbəri bildirib ki, COP29 çərçivəsində ölkə pavilyonunda çoxsaylı panel müzakirələri və digər tədbirlər keçiriləcək. Bu tədbirlərdə, həmçinin Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən “Sıfır tullantı” layihəsi ilə bağlı fikir mübadiləsi də aparılacaq.

“Azərbaycanda keçiriləcək iqlim sammitində Türkiyə ən yüksək səviyyədə təmsil olunacaq. Ankaranın 2053-cü ilə qədər atmosferə zərərli tullantıları sıfıra endirmək hədəfləri nəzərə alınmaqla Türkiyənin uzunmüddətli iqlim dəyişmələri strategiyasının yol xəritəsi açıqlanacaq”, – deyən X.Hasar COP29-un son dərəcə dolğun olacağına əminliyini ifadə edib.

Professor fikrincə, belə bir mühüm qlobal tədbirin qardaş Azərbaycanda keçirilməsi Türkiyənin üzərinə tədbirdə var qüvvəsi ilə iştirak etmək məsuliyyəti qoyur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Noyabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see257

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see245

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see241

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see241

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see239

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see237

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see237

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see236

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see216

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see216

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see216

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see214

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see210

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see210

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see205

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see202

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see196

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see189

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see188

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri