Icma.az
close
up
RU
Türkiyə Ədliyyə Naziri Yılmaz Tunçun İstanbul Bələdiyyə Başçısı ilə bağlı açıqlaması

Türkiyə Ədliyyə Naziri Yılmaz Tunçun İstanbul Bələdiyyə Başçısı ilə bağlı açıqlaması

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Respublikasının Ədliyyə Naziri Yılmaz Tunçun mətbuata açıqlamasının tərcüməsini olduğu kimi təqdim edirik: 

İstanbul Cumhuriyyət Başprokurorluğu tərəfindən aparılan istintaqlar çərçivəsində bu gün səhər saatlarından etibarən İstanbul Böyükşəhər Bələdiyyə Başçısı da daxil olmaqla 106 nəfər haqqında həbs qərarı verilmişdir.

Bu çərçivədə İstanbul Cumhuriyyət Başprokurorluğu tərəfindən iki ayrı istintaq aparılır:

Terror cinayətləri ilə bağlı istintaq
Bu istintaq çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyə Başçısı da daxil olmaqla 7 nəfər haqqında həbs qərarı mövcuddur. Onların terror təşkilatına iştirak halında kömək etməkdə ittiham olunduqları bildirilir.

Mütəşəkkil cinayətlərlə bağlı istintaq
Bu istintaq çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyə Başçısı da daxil olmaqla 100 nəfər haqqında həbs qərarı verilmişdir. Burada şübhəlilər rüşvət, irtikap (vəzifədən sui-istifadə), tenderlərə müdaxilə, dələduzluq və şəxsi məlumatların qanunsuz əldə edilməsi kimi ittihamlarla üzləşirlər.

İstanbul Cumhuriyyət Başprokurorluğunun açıqlamasına əsasən, istintaq sənədlərində MASAK hesabatları, vergi mütəxəssisi araşdırmaları, şahid ifadələri və digər sübutlar mövcuddur.

İstintaq prosesi tam şəffaflıq və diqqətlə aparılır.

Hörmətli Media nümayəndələri,

Bu məsələdə mühüm bir məqama diqqət yetirilməlidir:
Türkiyə Respublikası bir Hüquq Dövlətidir. Konstitusiyamızın 9-cu maddəsinə əsasən, məhkəmə səlahiyyəti Türk Milləti adından müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilir. Qanunlar qarşısında hər kəs bərabərdir və heç kimə imtiyaz tanına bilməz.

Konstitusiyamızın 138-ci maddəsinə görə, məhkəmələr müstəqildir və heç bir qurum, vəzifəli şəxs və ya şəxs məhkəmələrə təlimat verə bilməz, onlara təsir edə bilməz.

Cinayət Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən istintaq mərhələsi məxfidir. Bu məxfilik həm ədalətin sağlam icrası, həm də masumiyyət prezumpsiyası və ləkələnməmə hüququ baxımından mühüm əhəmiyyət daşıyır.

Bu səbəbdən istintaqın detalları və sübutlar barədə məlumat sahibi olmadan öncədən mühakimə yürütmək doğru deyil. Səsləndirilən "darbe" kimi ifadələr isə son dərəcə təhlükəli və qərəzli yanaşmadır.

İstintaq prosesi ilə bağlı küçə çağırışları edərək ictimaiyyəti çaşdırmağa yönəlik dezinformasiyaya yol vermək qəbuledilməzdir.

Hər kəs bilməlidir ki, hüquq dövlətində ittihamlarla bağlı müdafiə yeri küçələr deyil, məhkəmə orqanlarıdır.

Bu istintaqı Türkiyə Cumhurbaşqanı ilə əlaqələndirmək isə ən yumşaq ifadə ilə hörmətsizlik və məsuliyyətsiz yanaşmadır. Türkiyədə qanunvericilik, icra və məhkəmə hakimiyyətləri bir-birindən ayrıdır və məhkəmə heç kimdən təlimat almır.

Türkiyə yargısının verdiyi qərarlar hər kəs üçün bağlayıcıdır və hörmətlə qarşılanmalıdır. İstintaqın gizliliyi aradan qalxdıqda, bütün detallar şəffaf şəkildə cəmiyyətə təqdim ediləcəkdir.

Bu səbəbdən, istintaq prosesi ilə bağlı dəqiq məlumat olmadan lehinə və ya əleyhinə ön mühakimə aparmaq doğru deyil. Hüquq dövlətində masumiyyət prezumpsiyası və ləkələnməmə hüququ əsas prinsipdir.

Türkiyə yargısına güvənmək lazımdır və hüquq çərçivəsində etiraz yolları hər kəs üçün açıqdır.

Ədalətin tam və ədalətli şəkildə yerinə yetirilməsi üçün prosesi sakit və diqqətlə izləmək və veriləcək qərarı hörmətlə qarşılamaq hamımızın ortaq məsuliyyətidir.

Diqqətinizə görə təşəkkür edirəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Mart 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri