Icma.az
close
up
RU
Türkiyə əgər belə bir dəyişikliyə gedirsə, aidiyyatı strukturlar ən azından qanunvericilikdə bunu dəyərləndiriblər

Türkiyə əgər belə bir dəyişikliyə gedirsə, aidiyyatı strukturlar ən azından qanunvericilikdə bunu dəyərləndiriblər

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk soylu əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra edə bilmələri, dövlət və ya özəl müəssisələrdə çalışdırılmaları haqqında qanunun tətbiqi ilə bağlı Əsasnaməyə dəyişiklik edilməsi” barədə qərar imzalayıb.Bəs bu dəyişiklik Türkiyə əmək bazarında böhrana və ya miqrasiya axınına səbəb ola bilərmi?

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlmasında bildirib ki, qanunun kütləvi miqrasiya axınına səbəb olması mümkün deyil. Deputatın fikrincə, miqrasiya sahəsi kifayət qədər öz dinamikliyi ilə xarakterizə edilən bir sahə olduğu üçün, Türkiyəyə getmək istəyənlər onsuz da gedir: “Sadəcə olaraq burada türk soylu əcnəbilərlə bağlı olan iki element var. Ola bilər ki, qaqauzlar, Krım tatarları və ya uyğurlarla bağlı hansısa bir canlanmaya səbəb ola bilər. Ən azından bu kateqoriyadan olan əcnəbilər, məhz türk soylu sənədini əldə edərək, əmək fəaliyyəti ilə məşğul olmaq istəyində ola bilərlər. Bu da kütləvi hal kimi dəyərləndirilmir”.

Azər Allahverənov

Azər Allahverənov hesab edir ki, digər bir tərəfdənTürkiyənin əmək bazarında bu gərginliyə səbəb ola bilər. Deputatın fikrincə, sosial şəbəkələrdə gedən müzakirələrdə görünür ki, ideoloji cəhətdən bu dəyişikliyi təqdir edənlər çox olsa da, lokal şəkildə bəzi istifadəçilər əmək bazarında onsuz da işsizlik səbəbindən çətin olan vəziyyətin bir qədər də çətinləşməsi barədə fikir yürüdürlər.

Azər Allahverənov qeyd edib ki, Türkiyə əgər belə bir dəyişikliyə gedirsə, ən azından qanunvericilikdə aidiyyatı strukturlar bunu da dəyərləndiriblər, yəni mümkün riskləri hesablayıblar.

“Əmək fəaliyyəti ilə məşğul olan türksoylu şəxslərin böyük əksəriyyəti Türkiyədə olanlar onsuz da əmək fəaliyyəti ilə məşğuldurlar. İnteqrasiya məsələlərinə gəldikdə, yeni əcnəbilərin Türkiyənin əmək bazarına daxil olması və bu nöqtey-i nəzərdən onların inteqrasiya olunması üçün imkanlar açmış olan bir məsələ qanun layihəsidir. İş icazəsi əsasında fəaliyyət göstərən şəxslər artıq Türkiyə cəmiyyətinə inteqrasiya olunublar”-deyən deputatın fikrincə, qanun Türkiyənin miqrasiya mənzərəsinə yeni çalar qata biləcək bir elementdir.

Azər Allahverənov hesab edir ki, qanunla türkdilli ölkələrdən olan şəxslərin ölkə ərazisinə girişində və əmək fəaliyyəti ilə məşğul olmasında bəzi statistik rəqəmlərdə artım ola bilər, amma bu ölkənin əmək bazarına təsiri kritik həddə olmayacaq.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Oktyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see973

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see265

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see238

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see205

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see202

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see198

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see196

Gözləmələrin qida dadına necə təsir etdiyi məlum oldu…

26 Noyabr 2025 23:27see178

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see177

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see153

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see152

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see143

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see143

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see139

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see137

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see136

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see132

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see132

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see131

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri