Icma.az
close
up
RU
Türkiyə Ermənistanla elə münasibətlər saxlamalıdır ki, sonradan xəyanətə məruz qalmasın Deputat

Türkiyə Ermənistanla elə münasibətlər saxlamalıdır ki, sonradan xəyanətə məruz qalmasın Deputat

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Türkiyə Respublikası ilə bağlı diqqətçəkən açıqlama verib.

Onun fikirlərinə görə, əgər Ermənistan Türkiyə ilə barışığa getməsə, heç bir alternativ qalmayacaq.

Bəs, Paşinyanın indiki hadisələr fonunda bu cür açıqlama verməsi nəyə işarə edir?

Həqiqətən Ermənistan Türkiyə ilə dostluq münasibətlərini yenidən qurmaq niyyətinə düşüb?

Məsələ ilə əlaqədar AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğli bildirib ki, Paşinyanın səsləndirdiyi fikirləri bugünkü reallıqdır:

"Paşinyanın Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər bugünkü real gerçəkliklərdir. Doğrudan da bu gün nəinki Türkiyə ilə həmsərhəd olan ölkələr, hətta uzaqda olan ölkələr belə Türkiyənin maraqlarını nəzərə almadan xarici siyasət balansını düzgün təyin edə bilməzlər. Son dövrlərdə baş verən müharibələr kontekstində bir daha bəlli oldu ki, Türkiyə həm NATO müttəfiqləri, həm Qərb üçün, həm Yaxın Şərq, Şimali Qafqaz, daha doğrusu Cənubi Şərqi Asiya, Mərkəzi Asiya ölkələri üçün nə qədər böyük əhəmiyyət daşıyan bir ölkədir.

Deputatın fikirlərinə görə, Türkiyə bu gün regionda əsas gücdür və heç bir regional ölkə ona qarşı siyasi ittifaq formalaşdıra bilməz:

"Nəticə etibarilə, Türkiyə bu gün gücdür və Ermənistan kimi kiçik bir dövlətin bu reallığı nəzərə almadan xarici siyasət konsepsiyasını müəyyənləşdirməsi sadəcə ağılsızlıq olar. Məhz Paşinyan da bunu deməyə çalışır. Yəni, Türkiyə reallığını nəzərə almadan şübhəsiz ki, heç bir region ölkəsi düzgün siyasi balans yarada və yaxud Türkiyənin əleyhinə hansısa mərkəz, ittifaq formalaşdıra bilməz. Ona görə də bu, obyektiv reallığın düzgün dərk edilməsidir və ümid edirik ki, elə Paşinyan bu fikirləri sadəcə söz xatirinə səsləndirməyəcək. Real addımlarda da bu gerçəkliyi nəzərə alacaqdır. Səmimi dostluq münasibətlərinə gəldikdə isə əlbəttə ki, heç vaxt Ermənistan regionda səmimi aktor olmayacaq və heç vaxt sadə əməkdaşlıq, inteqrasiya maraqlarından çıxış etməyəcək. Çünki erməni xisləti həmişə qonşunun dar, zəif günündə ona xəyanət etməkdən ibarətdir".

Parlamentari əlavə edib ki, Türkiyə Ermənistanla elə münasibətlər saxlamalıdır ki, sonradan Ermənistan öz xisləti ortaya qoyub asanlıqla xəyanət etməsin:

"Biz də bu reallığı nəzərə almalıyıq. Türkiyə də, Azərbaycan da ermənilərlə elə münasibət saxlamalıdır ki, nə vaxtsa o münasibətlər bizim əleyhimizə çevrilməsin. Çünki ilk fürsətdə böyük Osmanlı İmperiyasına xəyanət etmiş erməni xisləti Türkiyə Cümhuriyyətinə də çox asanlıqla xəyanət edə bilər və fürsət düşərsə mütləq bunu edəcək. Məsələnin mahiyyəti də tam bundan ibarətdir".

Mikayıl Mirzəzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 18 İyul 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri