Icma.az
close
up
RU
Türkiyə gücləndikcə Qərb niyə əsəbləşir?

Türkiyə gücləndikcə Qərb niyə əsəbləşir?

Icma.az, Modern.az saytına istinadən bildirir.

Türkiyənin “Yeni Şafak” qəzeti manşetdən ABŞ-ın Türkiyədəki keçmiş səfiri Tom Barrakkın diqqətçəkən fikrini önə çıxardı: Avropa Türkiyənin Avropanı qorumasını istəyir, amma Türkiyənin ən yaxşı hərbi texnikaya sahib olmasını istəmir. Bu cümlə bir sitatdan daha artıqdır. Bu, Avropa–Türkiyə münasibətlərinin açıq diaqnozudur.
Avropa uzun illərdir Türkiyəni NATO-nun cənub-şərq qalxanı kimi görür. Miqrasiya dalğalarının qarşısını alan, Yaxın Şərqdəki xaosu öz üzərində saxlayan, Qara dəniz və Şərqi Aralıq dənizi təhlükəsizlik balansında ön cəbhədə dayanan ölkə məhz Türkiyədir. Avropa təhlükəsizliyinin real yükünü daşıyan isə Brüssel yox, Ankaradır. Amma güclü ordu yalnız əsgər sayı ilə ölçülmür. Güclü ordu müstəqil müdafiə sənayesi, texnologiya, kəşfiyyat və ən əsası qərarvermə azadlığı deməkdir. Məhz bu nöqtədə Avropanın ikili standartları üzə çıxır.
Avropa istəyir ki, Türkiyə NATO əməliyyatlarında ön sırada olsun, amma F-35 proqramından kənarlaşdırılsın. Türkiyə Rusiyaya qarşı sipər rolunu oynasın, amma S-400 aldığı üçün sanksiya ilə üzləşsin. Türkiyə miqrantları saxlasın, amma öz hava hücumundan müdafiə sistemini quranda bu “narahatlıq” yaratsın. Bu yanaşma müttəfiqlik deyil, funksional istismar modelidir. Tom Barrakkın illər əvvəl verdiyi mesajın mahiyyəti də məhz budur. Türkiyənin təhlükəsizliyi Avropanın təhlükəsizliyidir, amma Türkiyəni zəif saxlamaq istəyən yanaşma strateji baxımdan absurddur. Əgər Avropa həqiqətən strateji müttəfiq istəyirsə, Türkiyəni yarımçıq güc kimi yox, tamhüquqlu hərbi-siyasi aktor kimi qəbul etməlidir. Türkiyənin son illərdə müdafiə sənayesində atdığı addımlar bu reallığın nəticəsidir. Bayraktar, ANKA, Kızılelma, milli raketlər və dəniz platformaları Avropaya qarşı yox, Avropanın qeyri-səmimi münasibətinə cavab olaraq ortaya çıxıb. Ankara artıq icazə gözləyən yox, öz təhlükəsizliyini özü dizayn edən aktordur.
Qərbin Türkiyəyə münasibətində emosional yox, struktur problemi var. Problem Ərdoğanda deyil, konkret siyasətdə deyil, hətta demokratiya ritorikasında da deyil. Problem ondadır ki, Türkiyə gücləndikcə Qərbin ona biçdiyi rol dağılır. Qərb üçün ideal Türkiyə uzun illər belə təsəvvür olunurdu: təhlükəsizlik yükünü daşıyan, amma strategiya qurmayan; əsgər verən, amma qərar verməyən; körpü olan, amma istiqamət seçməyən ölkə. Yəni funksional, amma suverenliyi məhdud aktor. Bu model artıq işləmir.
Türkiyə gücləndikcə, ilk pozulan təhlükəsizlik iyerarxiyası oldu. NATO daxilində yazılmamış qayda vardı: texnologiya Qərbdən gəlir, əməliyyat sahəyə ötürülür. Türkiyə bu dövrü bağladı. Öz PUA-larını, raketlərini, dəniz platformalarını istehsal etməyə başlayanda məsələ təkcə silah deyildi. Məsələ asılılığın bitməsi idi. Asılılıq bitəndə itaət mexanizmi də çökür. Qərbin əsəbləşməsinin birinci səbəbi budur: idarə edilə bilməyən müttəfiq.
İkinci səbəb daha dərindir: nümunə qorxusu. Türkiyə göstərdi ki, Qərblə əməkdaşlıq edib eyni zamanda Qərbin diktəsi altında olmamaq mümkündür. NATO üzvü olub Rusiya ilə, Ukrayna ilə, Yaxın Şərqlə paralel danışmaq olar. Avropanın “ya bizimləsən, ya bizə qarşısan” məntiqi bu nöqtədə iflasa uğrayır. Bu model təkcə Türkiyə üçün işləmir. Balkanlar, Qara dəniz hövzəsi, Qafqaz və Orta Şərq üçün alternativ yol xəritəsinə çevrilir. Avropanın əsəbləri məhz burada tarıma çəkilir.
Üçüncü səbəb geosiyasi çəkidir. Türkiyə artıq yalnız coğrafi mövqeyinə görə yox, qərarları ilə də oyun dəyişir. Qarabağdan Qara dənizə, Ukraynadan Şərqi Aralıq dənizinə qədər proseslərdə Ankara kənar müşahidəçi deyil. Bu isə Avropanın regionda yeganə normativ mərkəz olmaq iddiasını zəiflədir. Ona görə də Türkiyə gücləndikcə eyni ssenari təkrarlanır. Hədə-qorxu artır, silah embarqosu ritorikası güclənir, demokratiya adı altında siyasi təzyiq mexanizmləri işə salınır. Bunlar prinsip məsələsi deyil. Bunlar nəzarət refleksidir. Avropa İttifaqı Türkiyəni öz təhlükəsizliyi üçün lazımlı sayır, amma onun tam güc olmasını istəmir. Çünki tam güc olan Türkiyə artıq periferiyada yox, paralel mərkəzdə dayanır.
NATO daxilində də eyni paradoks var. Türkiyə alyansın yükünü daşıyır, amma strateji təşəbbüs göstərən kimi “uyğunsuz müttəfiq” elan olunur. Qərb Türkiyəni yarımçıq güc kimi saxlamaq istəyir, çünki bu, rahatdır. Amma tarix göstərir ki, yarımçıq saxlanmaq istənən dövlətlər ya dağılır, ya da yeni yol tapır. Türkiyə artıq bu yeni yolu tapıb. Azərbaycan və Pakistanla dərinləşən hərbi-strateji əməkdaşlıq, Orta Şərqdən Cənubi Asiyaya uzanan təhlükəsizlik dialoqları, Səudiyyə Ərəbistanı ilə koordinasiya cəhdləri göstərir ki, Ankara təkcə Qərbə bağlı təhlükəsizlik arxitekturası ilə kifayətlənmək niyyətində deyil. Bu, kiməsə qarşı yönəlmiş blok yox, özünə yetən güc axtarışıdır. Nəticə aydındır. Türkiyə gücləndikcə Qərb əsəbləşir, çünki güclü Türkiyə Qərbin alışdığı nizamın kənarına çıxır. Amma bu əsəb Türkiyəni dayandırmır. Əksinə, onu daha müstəqil, daha sərt və daha çoxşaxəli siyasətə itələyir. Avropanın bunu qəbul edib-etməməsi artıq Ankaranın problemi deyil.
Elbəyi Həsənli,
Sürix

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Fevral 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri