Icma.az
close
up
RU
Türkiyə Azərbaycan qardaşlığı daha da güclənir RƏY

Türkiyə Azərbaycan qardaşlığı daha da güclənir RƏY

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İğdır-Naxçıvan təbii qaz kəməri layihəsinin reallaşdırılması çox mühüm hadisədir


Prezident İlham Əliyevin Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə etdiyi işgüzar səfəri iki ölkə arasında dostluq, siyasi, iqtisadi və hərtərəfli münasibətlərin möhkəm və sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan və Türkiyənin dövlət başçıları ilə yanaşı, digər rəsmi şəxslərinin də iştirakı ilə qardaş ölkənin paytaxtı Ankara şəhərində keçirilən görüşdə bir sıra mühüm strateji məsələlərin müzakirəsi, o cümlədən İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında baş tutan açılış mərasimi hər iki ölkə üçün yeni layihələrin və yeni əməkdaşlığın başlanğıcı oldu. Artıq təməli qoyulan bu layihənin gələcəkdə daha da genişləndirilməsi imkanları mövcuddur. Görüşdə iştirak edən hər iki ölkə rəsmilərinin layihə ilə bağlı fikir mübadiləsi onu deməyə əsas verir ki, İğdır-Naxçıvan qaz boru kəməri Naxçıvanın qaz təchizatını şaxələndirmək və genişləndirməklə yanaşı, eyni zamanda, İğdır əhalisinin bu istiqamətdə rifahının və təbii qaza olan tələbatının yüksəlməsi ilə nəticələnəcək. Həmçinin məlumdur ki, Türkiyə və Azərbaycan arasında uzun illərdir bu kimi nəhəng layihələr olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri fəaliyyət göstərərək ölkələrimizin bağlılığını artırır, Türkiyə və Azərbaycanın iqtisadi-siyasi inkişafına təkan verir. Qeyd olunan layihələr illərdir ki, hər iki dövlətin həm neft-qaz təminatının yaxşılaşmasına, həm də dövlətlərimizin maddi rifahının yüksəlməsinə xidmət edir. İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində Türkiyə və Azərbaycanın ortaq taleyinin nişanəsidir. Ümumilikdə 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik olan kəmər Naxçıvanın təbii qaz ehtiyacını ən azı 30 il müddətinə təmin edə bilər. Layihələr nəticəsində Türkiyədən başqa digər qonşu dövlətlər, o cümlədən 10 Avropa ölkəsi də Azərbaycan qazını idxal etməklə bu xidmətdən yararlanır və öz enerji təhlükəsizliyini gücləndirirlər. Bütün bunlar ölkələr arasında digər layihələrin, o cümlədən nəqliyyat layihələrinin də həyata keçirilməsinə zəmin yaradıb. Hesab edirik ki, bu gün istifadə edilən Bakı-Tbilisi-Qars dəmir yolu iki ölkəni birləşdirən, vətəndaşlarımızın rahat şəkildə səfərlərinin bir hissəsini təmin edən çox gözəl və əlverişli nəqliyyat xidmətidir. Bu hal iki türk dövləti arasında birliyin, qarşılıqlı anlaşmanın, faydalı bağlılığın nümunəsidir və bütün Türk dünyasına töhfədir. 


Millət vəkili Əli Məsimli deyib ki, dünya düzəninin hazırkı təlatümləri, qeyri-müəyyənlikləri, çağırışları və proqnozlaşdırılması mümkünsüz hala düşmüş meyillərinin təsiri ilə regional münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi əsas prioritetlərdən birinə çevrilib. Deputatın sözlərinə görə, belə bir şəraitdə bizə dost olan ölkələrlə münasibətlərimizin dərinləşdirilməsi həm ölkə, həm də regional kontekstdə xüsusi aktuallıq kəsb edir: 


"Bu baxımdan qardaş Türkiyə və bizə dost olan ölkələrlə münasibətlərimizi daha da gücləndirmək, genişləndirmək və dərinləşdirmək obyektiv zərurətə çevrilib. İki qardaş dövlətin başçıları arasında keçirilən görüşdə regional və qlobal hadisələrin müzakirəsi ilə yanaşı, Azərbaycanla Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri, qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan və Türkiyə dövlət başçıları mərasimdəki çıxışlarında bir sıra mühüm məsələlərə toxunub və vacib mesajlar veriblər. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bildirdi ki, Azərbaycandan Türkiyə ərazisinə gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində vurğuladı ki, “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Ərdoğan İğdır-Naxçıvan təbii qaz kəmərinin açılış mərasiminin Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirəcəyinə inamını ifadə etdi. Doğrudan da, İğdır-Naxçıvan təbii qaz kəməri layihəsinin reallaşdırılması çox mühüm hadisədir. Kəmər gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək gücünə malikdir ki, bu da Naxçıvanın qaz tələbatını tam şəkildə ödəməyə imkan verir. Bu layihənin reallaşdırılması Azərbaycanın öz resursları vasitəsilə Naxçıvanı birbaşa təbii qazla təmin etməsinə şərait yaradacaq. Bu əsasda muxtar respublikanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsindəki riskləri aradan qaldıracaq. Naxçıvanın qaz təchizatı və enerji tədarükü şaxələnəcək, bir mənbədən asılılığı aradan qalxacaq və enerji təhlükəsizliyi möhkəmlənəcək. Ən əsası isə İğdır-Naxçıvan təbii qaz kəməri layihəsinin qısa zaman kəsimində reallaşdırılması Türkiyə-Azərbaycan qardaşlığına çox sanballı yeni töhfədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Mart 2025 06:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri