Icma.az
close
up
RU
Türkiyə hücuma keçsə, İsrail dərhal bu addımı atacaq Türk və yəhudi politoloqlardan ÖZƏL AÇIQLAMA

Türkiyə hücuma keçsə, İsrail dərhal bu addımı atacaq Türk və yəhudi politoloqlardan ÖZƏL AÇIQLAMA

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sentyabrın 9-da İsrailin Dohada HƏMAS-ın yüksək vəzifəli rəhbərlərinin öldürülməsi ilə bağlı həyata keçirdiyi əməliyyat Yaxın Şərq gündəmini silkələdi. Əməliyyatların genişlənməsi ilə Türkiyəyə hücum ehtimalı istiqamətində də müzakirə başladı. Hadisə ilə əlaqədar sentyabrın 15-də Qətərin paytaxtı Dohada ərəb və müsəlman ölkələrinin fövqəladə sammiti keçirildi. Toplantıda İsrailin Dohaya endirdiyi hava zərbələrinin pislənməsi və Qəzzada əməliyyatların dərhal dayandırılmasını tələb edən qətnamə qəbul edildi. Ertəsi gün, sentyabrın 16-da İsrail Qəzza şəhərində genişmiqyaslı quru əməliyyatlarına başladı. İsrail ordusunun açıqlamasında bildirilir ki, şəhər “hazırda HƏMAS-ın sonuncu əsas qalasıdır”.

İsrailli politoloq Yuri Gimmelfarb Globalinfo.az-a açıqlamasında deyib ki, İsrail Dohaya, Qətərə deyil, terrorçuların onları təslim etmək niyyətində olmayan ölkədə yerləşən bazasına hücum edib:

“Danışıqlar prosesində suyu bulandıran Makron oldu. O, bir neçə ay öncə bəyan etdi ki, sentyabrda Fələstin dövlətini tanıyacağıq. Amma bu dövlətin sərhədləri, paytaxtın hara, siyasi sxemin necə olacağı aydın deyildi. Və HƏMAS bundan cəsarətlənərək daha sərt şərtlər irəli sürməyə başladı”.

Y.Gimmelfarb həmçinin deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərt bəyanatlar verməsinə baxmayaraq, İsraillə açıq qarşıdurmaya getmək istəmir:

“Suriyada vəziyyətin necə inkişaf edəcəyindən çox şey asılıdır. Birbaşa hərbi münaqişə olarsa, Türkiyə hərbi aviasiyası elə ilk gün fəaliyyətsiz qalacaq, çünki F-16, F-35 təyyarələrinin aviasiya elektronikası İsrailə məxsusdur.

Yuri Gimmelfarb

Ərdoğan Mərkəzi Asiyada, Şimali və Cənubi Qafqazda liderliyə can atmaqla ağıllı siyasət yeridir. Amma onun məqsədi islam dünyasında liderlik olarsa, əhalisi şiə olan İranın da eyni məqsəd güddüyünü nəzərə alsaq, hadisələrin inkişafı fərqli ola bilər”.

Türkiyəli jurnalist və Yaxın Şərq üzrə siyasi şərhçi Deniz Büstani isə deyib ki, İsrailin Qətərə hücumu, şərtlər uyğun olarsa, İsrailin Fələstinlə məhdudlaşmayacağını nümayiş etdirir:

“Amma daha önəmlisi, İsrailin bölgədə daha geniş təsir dairəsi qazandığını müşahidə etdik. Bu vəziyyət İsraili Türkiyəyə qarşı qoya bilər, lakin bu, nə İsrailin, nə də Türkiyənin xeyrinə olardı. İsrail ilk addım olaraq zorakılıq hərəkətlərini dayandırmalı, PYD/PKK terror təşkilatına qarşı mövqe nümayiş etdirməli, bölgə xalqlarının suverenliyinə hörmət etməlidir”.

D.Büstani Ərəb sammitinin tarixi önəm kəsb etdiyini, bununla belə, narahatlıq doğuran məqamların olduğunu qeyd edib:

“Ərəb baharı” başlayandan bu görüşlər keçirilir və orada müzakirə olunan və səslənən çağırışlar həmişə birliyə önəm verib. Təəssüflər olsun ki, hətta bu görüşlərdə iştirak edən dövlətlər də sonradan bir-birinə zidd mövqe sərgiləyərək regional təhlükəsizliyi daha da təhlükə altına alıblar. Ümid edirəm ki, bu vəziyyət təkrarlanmayacaq və regionun təhlükəsizliyi üçün birgə qərarlar həyata keçiriləcək”.

Deniz Büstani

Politoloq deyib ki, HƏMAS-ın İsrailə hücumu ilə başlayan və üçüncü “Əl-Əqsa tufanı” adlandırılan bu əməliyyatdan sonra atılan hər bir addım İsrailin Qəzzaya girməsinə bəraət qazandırıb:

“Buna bir neçə misal çəkmək olar: İsrail həmişə təcavüzkar tərəf olub və bütün dünya fələstinlilərin zülm gördüyünü etiraf edib. Lakin bu dəfə Fələstin xalqının iştirak etməməsinə baxmayaraq, mülki İsrail vətəndaşlarının öldürülməsi ilə bağlı onlara qarşı ittihamlar atılıb. İsrail indi bu bəhanədən istifadə edərək Qəzzaya girməyə cəhd edir. İsrail Qəzzaya girə bilərmi? Əgər reaksiya verilməzsə, bunu edə bilər. Qəzzaya girməsinə mane olmaq istəyənlər ərəb və müsəlman zirvələrində verilən qərarları həyata keçirər, rəqabətdən əl çəkərək İsrailə qarşı birgə hərəkət edərsə İsrail Qəzzaya girə bilməz. Ancaq istənilən digər vəziyyət İsrailin Qəzzanı işğal etməsinə yol açacaq”.

D.Büstani deyib ki, əgər İsrail terror təşkilatlarını dəstəkləməkdən geri addım atarsa və insanlığa qarşı cinayət törətmiş terror təşkilatını qanuniləşdirmək cəhdindən çəkinərsə, Türkiyə ilə İsrail arasında münaqişə olacağına inanmır:

“Ancaq hazırkı İsrail administrasiyası onlara dəstək verməyə və Türkiyə ilə münaqişəyə girməyə razı olsa, təəssüf ki, ən böyük zərəri həm İsraildə, həm də dünyanın müxtəlif yerlərində İsrail xalqı görəcək”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Sentyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see159

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see151

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see149

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see139

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri