“Türkiyə İranın Ali rəhbərinə sığınacaq verə bilər...” Politoloq
Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
“İranın Ali rəhbəri Əli Xamenei Rusiya deyil, Türkiyəyə gedə bilər. İranın Ali dini rəhbəri Ə.Xamenei etirazlar silahlı münaqişə mərhələsinə keçərsə, ABŞ və İsrailin hücumu baş verərsə, Rusiyaya deyil, Türkiyə gedə bilər. Çünki, Rusiya Ə.Xamenei üçün bir növ İranı satmış bir ölkə kimi qəbul ediləcək. Türkiyə Ə.Xamenei qəbul etməyə hazırdı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Türkiyə regional gücdür və İrana qarşı sanksiyalara qoşulmayıb. Türkiyə İrana qarşı daima qonşuluq prinsipləri üzərindən yanaşıb. Türkiyə İranın Ali rəhbərinə sığınacaq verə və yüksək səviyyədə təhlükəsizlik təmin edə bilər. Ə.Xameneinin İranı tərk etməsi son hədd olar. Bu, İran İslam inqilabının iflası deməkdir. SEPAH və digər güc strukturları çalışır ki, xarici təhdidlərin qarşısını alsın. Amma, daxili etirazları körükləyən məsələləri kənara qoyub”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 06 Yanvar 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















