Türkiyə İsraildə saxlanılan Sumud flotiliyası fəallarını təxliyə edir
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fələstinə yardım aparan "Sumud" flotiliyasının (humanitar gəmi karvanı - red.) saxlanılmış aktivistlərini təxliyə etmək məqsədilə mayın 21-də Türkiyədən İsrailin Ramon aeroportuna üç xüsusi uçuş yerinə yetiriləcək. Ümumilikdə 400-dən çox sərnişin tutumu təyyarələr istəyi olan bütün şəxsləri İstanbula çatdırmağa imkan verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə açıqlama verib.
"İsrail hərbçiləri tərəfindən saxlanılmış vətəndaşlarımızın, həmçinin başqa ölkələrdən olan fəalların Türkiyəyə gətirilməsi üçün bu gün Ramon hava limanına üç reys icra ediləcək. Təxliyə edilmək istəyən bütün "Sumud" flotiliyası iştirakçılarının ölkəmizə çatdırılması təmin olunacaq. Təyyarələrin İstanbul hava limanına cümə axşamı axşam saatlarında enməsi planlaşdırılır", - deyə nazirlik qeyd edib.
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan bundan əvvəl saxlanılan fəalların İsraildən çıxarılması planları haqda məlumat vermişdi. NTV kanalının məlumatına əsasən, bu prosesdə "Turkish Airlines" şirkətinə məxsus təyyarələrdən istifadə edilir. Flotiliyada iştirak edən aktivistlərdən 78-i Türkiyə vətəndaşıdır.
İsrail Xarici İşlər Nazirliyinin mayın 19-da axşam verdiyi bəyanata görə, "Sumud" flotiliyasına aid bütün gəmilər dayandırılıb və ümumilikdə Fələstinə dəstək verən 430 fəal nəzarətə götürülüb.
Qurumdan verilən məlumata əsasən, həmin şəxslərin hamısı İsrail ərazisinə gətirilərək öz konsulluq nümayəndələri ilə görüşməli idilər. (Oxu.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 21 May 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















