Icma.az
close
up
RU
Türkiyə İsraillə bütün iqtisadi və ticarət əlaqələrini dayandırdı Hakan Fidan

Türkiyə İsraillə bütün iqtisadi və ticarət əlaqələrini dayandırdı Hakan Fidan

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Ankara İsraillə bütün iqtisadi və ticarət münasibətlərini tamamilə dayandırıb, eyni zamanda İsrail təyyarələrinin ölkənin hava məkanına daxil olmasına qadağa qoyub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bəyan edib.

“Biz İsraillə ticarəti tamamilə dayandırdıq, Türkiyə gəmilərinin İsrail limanlarına daxil olmasına icazə verilmir. İsrail təyyarələrinin də bizim hava məkanımıza girməsi qadağandır. İsraillə ticarət əlaqələrini tamamilə kəsən başqa ölkə yoxdur”, – deyə Fidan Türkiyə parlamentinin fövqəladə iclasında bildirib.

Nazirin sözlərinə görə, İsrail Qəzzaya humanitar yardımın çatdırılmasına mane olur və “aclığı silah kimi istifadə edir”. Fidan vurğulayıb ki, İsrailin həyata keçirdiyi siyasət “dövlət terrorizmi”dir və Qəzzada “soyqırımı daha da dərinləşir”.

“The Jerusalem Post” yazır ki, Türkiyə hava məkanından istifadə yasağına görə İsraildən Gürcüstana, Azərbaycana və digər ölkələrə uçuşlar təxminən iki saat uzana bilər. Ekspertlərin fikrincə, real iqtisadi təsirlər isə daha sonra üzə çıxacaq.

İsraildə isə Ankaranın bu addımı hələlik skeptisizmlə qarşılanır. Rəsmi dairələr xatırladır ki, Türkiyə bundan əvvəl də oxşar bəyanatlar versə də, əlaqələr tam kəsilməmişdi.

Xatırladaq ki, ötən il Qəzzada müharibə fonunda Türkiyə İsraillə təxminən 7 milyard dollarlıq ticarəti dondurmuşdu. Son günlər isə Türkiyə limanları gəmi sahiblərindən İsraillə əlaqələrin və təhlükəli yüklərin ünvanının olmaması barədə zəmanət tələb etməyə başlayıb.

Məsələni daha da gərginləşdirən amillərdən biri də İsrailin baş naziri Benyamin Netanyahunun son açıqlaması olub. O, Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımını tanıdığını bəyan edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Avqust 2025 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri