Icma.az
close
up
RU
Türkiyə Kikboksinq Federasiyasının prezidenti: Azərbaycanlı qardaşlarımıza dəstəyimizi son qədər göstərəcəyik

Türkiyə Kikboksinq Federasiyasının prezidenti: Azərbaycanlı qardaşlarımıza dəstəyimizi son qədər göstərəcəyik

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Federasiya olaraq azərbaycanlı qardaşlarımıza dəstəyimizi sona qədər göstərəcəyik.

"Report" xəbər verir ki, bunu Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, Bakıda gördükləri qonaqpərvərlikdən olduqca razı olduqlarını söyləyib:

"Sizə Türkiyədən qucaq dolusu salam gətirmişəm. Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının prezidenti Roy Beykerlə birgə Bakıya gəldik. Ölkənizdə idmanla bağlı müəyyən görüşlərimiz olacaq. Qonaqpərvərlik nümayiş etdirdiklərinə görə Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. 2027-ci ildə kadetlər, yeniyetmələr və gənclər arasında Avropa çempionatının Bakıda keçirilməsi gündəmdədir. Biz federasiya olaraq bu işdə azərbaycanlı qardaşlarımıza dəstəyimizi sona qədər göstərəcəyik. Azərbaycan və Türkiyə qardaş ölkələrdir".

WAKO rəsmisi Şəhidlar xiyabanını və Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmələri barədə danışıb:

"Heydər Əliyev prezident olduğu dövrdə Azərbaycanda idmanın inkişafına olduqca böyük töhfələr verib. Onun davamçısı, hazırkı ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan idmanı bir qədər də inkişaf edir. Həm Ulu Öndər Heydər Əliyevə, həm də müqəddəs torpaqların azadlığı uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyirəm".

Qeyd edək ki, WAKO-nun prezidenti Roy Beyker və vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı martın 5-dək Bakıda səfərdə olacaqlar. Onların Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəhbərliyi və Azərbaycan Kikboksinq Federasiyanın fəxri prezidenti Adil Əliyevlə görüşləri nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Mart 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri