Türkiyə limanlarında yük dövriyyəsi rekord qırdı
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin dəniz limanlarında yük dövriyyəsi 2025-ci ilin yanvar ayında rekord həddə – 48,6 milyon tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz çoxdur.
Axar.az xəbər verir ki, bu barədə fevralın 9-da Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu məlumat verib.
Onun sözlərinə görə, yanvar ayında Türkiyənin dəniz limanlarına ən çox yük göndərən ölkə Rusiya olub. Türkiyə məhsullarının ixracı baxımından isə İtaliya, ABŞ və İspaniya liderlik edib.
Cari ilin ilk ayında yük dövriyyəsinə görə Türkiyənin ən iri limanları Aliağa (7,72 milyon ton), Kocaeli (7,71 milyon ton) və İskəndərun (6,6 milyon ton) olub.
Nazir vurğulayıb ki, Türkiyə hökuməti qlobal dəniz yükdaşımalarında ölkənin payını artırmaq üçün bütün zəruri tədbirləri görməyə davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 09 Fevral 2025 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















