Icma.az
close
up
RU
Türkiyə meydanı ələ aldı: İran “od püskürür”…

Türkiyə meydanı ələ aldı: İran “od püskürür”…

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xameneinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti Suriyadakı vəziyyətlə bağlı Türkiyəni ittiham edib və iddia edib ki, Ankara ABŞ və İsrailin tələsinə düşüb. Bu açıqlama İranın Suriyada düşdüyü çıxılmaz vəziyyətdən qaynaqlanır.

Tehran Şam və Ankara arasında təmaslar yaradaraq, vəziyyətə nəzarəti saxlayacağına ümid edirdi. Halbuki Ərdoğanın daha öncə Əsədə görüş çağırışı cavabsız qalmışdı.

Hakan Fidanla görüşdən əliboş qayıdan Arakçı da fikir ayrılığının olduğunu etiraf edib. Fikir ayrılığının təməlində Əsədin suriyalı müxaliflərə münasibəti dayansa da, hazırda baş verənlər Türkiyənin maraqlarına uyğundur:

1. Hələbin nəzarətə götürülməsi İdliblə yanaşı, Türkiyədəki suriyalıların köçürülməsi imkanı yaradır və bu, Ankaranın yükünü azalda bilər;

2. PYD/YPG terror qruplaşmasının bölgədə sıxışdırılması imkanları yarandı: Tel-Rıfatın nəzarətə götürülməsindən sonra Menbiçə mümkün əməliyyat gündəmə gəlib və bu, Ankaranın hələ 2018-ci ildə həyata keçirmək istədiyi strategiya idi;

3. Fərat sahilinə çıxmaq əsasən çayın şərqində terrorçuların ən azı mümkün irəliləyişinin qarşısının alınması və sıxışdırılması baxımından əhəmiyyətlidir;

4. PYD/YPG-nin sıxışdırılması ABŞ-da hakimiyyətin təhvil verilməsindən öncə Türkiyənin əlini gücləndirir: Trampın “Suriya demokratik qüvvələri” adı altında legitimləşdirilən terrorçulara açıq dəstək verəcəyi gözləntisi böyükdür;

5. Mövcud vəziyyətdə Türkiyənin Suriyada hər iki tərəf – İran-Rusiya və ABŞ-İsrail üçün həlledici oyunçu rolu gücləndi və hər iki tərəf Ankara ilə razılaşmaq üçün onun maraqlarını nəzərə almalıdırş

“Heyət Təhrir əş-Şam”ın (HTŞ) hücumunda məsuliyyəti Türkiyənin üzərinə qoymaq cəhdləri olsa da, Ankaranın bundan rəsmi şəkildə imtina etməsi ən doğru gediş idi. Çünki Qərbdə terror təşkilatı kimi tanınan HTŞ üzərindən Türkiyəni “terrora dəstək verən ölkə” kimi göstərəcək və bundan PYD/YPG məsələsində istifadə edəcəkdilər, buna paralel olaraq, Ankara Moskva və Tehranla birbaşa üz-üzə qalacaqdı. Buna imkan verməyən Türkiyənin HTŞ-nin hücumundan sonra yaranmış vəziyyətdən həm hərbi, həm siyasi müstəvidə mövqelərini gücləndirmək üçün istifadə etdiyi görünür.

Suriyada hələki üstün tərəf Türkiyədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 Dekabr 2024 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see276

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see268

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see266

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see263

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see247

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see247

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see242

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see234

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see221

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see202

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see200

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see199

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see197

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see194

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see192

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see191

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see189

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see173

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see173

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri