Türkiyə milli azadlıq mübarizəsindən bəhs edən səyyar muzey Azərbaycana gələcək
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ankara, 7 oktyabr, AZƏRTAC
Kolleksiyasında Türkiyənin milli azadlıq mübarizəsinə, o cümlədən Çanaqqala döyüşünə həsr edilmiş eksponatlar olan səyyar muzeyin Azərbaycana göndərilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gelibolu Çanaqqala Döyüş Tarixi Kompleksinin rəhbəri İsmayıl Kaşdemir məlumat verib.
Onun sözlərinə görə, səyyar muzey artıq Türkiyənin 81 vilayətinin hər birində, eləcə də Balkan regionunun bir neçə ölkəsində olub.
“Bizim planlarımıza səyyar muzeyin Azərbaycana göndərilməsi də daxildir, çünki bu qardaş ölkənin çoxlu övladı Çanaqqala döyüşündə iştirak edib”, -deyə Kaşdemir qeyd edib.
Layihənin məqsədi türk tarixinə marağı artırmaq və tarixi döyüş yerlərini ziyarət etməkdir.
Direktor əlavə edib ki, muzey indiyədək 270 min kilometrdən çox yol qət edib, ziyarətçilərin sayı isə 1 milyona çatıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Baxış sayı:84
Bu xəbər 07 Oktyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















