Türkiyə MİT Suriyada əməliyyat keçirib, 10 İŞİD üzvü saxlanılıb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada İŞİD-ə qarşı əməliyyat həyata keçirib.
NTV-nin xəbərinə görə, MİT-in Suriya kəşfiyyat xidməti ilə koordinasiyalı şəkildə keçirdiyi əməliyyat nəticəsində “qırmızı bülleten”lə axtarışda olan 10 İŞİD üzvü saxlanılaraq Türkiyəyə gətirilib.
Saxlanılan şəxslərin İŞİD sıralarında döyüşdüyü üzə çıxıb, həmçinin onların əvvəllər Türkiyədə törədilmiş bir sıra terror aktlarında iştirak etdikləri müəyyən olunub.
Saxlanılanlardan birinin Ankara dəmir yolu vağzalında baş verən və 109 nəfərin həyatını itirdiyi terror aktının təşkilatçıları ilə əlaqəli olduğu bildirilib.
Bu mövzuda digər xəbərlər:MİT Suriyada İŞİD ə qarşı əməliyyat keçirdi
28 Sentyabr 2025 22:18
MİT Suriyada əməliyyat keçirib Video
10 Dekabr 2024 21:40
Türkiyə Suriyada əməliyyat keçirib
03 Dekabr 2024 17:21
MİT Suriyada uğurlu əməliyyat həyata keçirib
19 Dekabr 2024 19:06
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirdi: 8 İŞİD terrorçusu öldürüldü
28 Sentyabr 2025 21:35
Baxış sayı:160
Bu xəbər 23 May 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















