Türkiyə Müdafiə Nazirliyi Qarabağ müharibəsi qəhrəmanlarının xatirəsini anıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Ankara, 25 sentyabr, AZƏRTAC
Türkiyənin Milli Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə şəhid olmuş Azərbaycan igidlərinin xatirəsini ehtiramla yad edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi sentyabrın 25-də Ankarada mətbuata açıqlamasında 44 günlük Vətən müharibəsinin başlanmasının qarşıdakı ildönümünə diqqət çəkib.
“Qəhrəman Azərbaycan Ordusunun respublikanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda apardığı 44 günlük Vətən müharibəsinin başlanmasının beşinci ildönümü və 27 Sentyabr - Anım Günü münasibətilə şəhidlərin xatirəsini dərin ehtiramla yad edir, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə töhfə verən qazilərə minnətdarlığımızı bildiririk”, -deyə qardaş ölkənin Müdafiə Nazirliyinin açıqlamasında vurğulanır.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 25 Sentyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















