Türkiyə müdafiə sənayesi 7.2 milyard dollarlıq satış edib İxrac 30 faiz artıb AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin müdafiə sənayesi və aerokosmik sənayesinin ixracı hər il təxminən 30% artaraq 2024-cü ildə yeni rekord həddə - 7,2 milyard dollara çatıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyənin ingilisdilli “Daily Sabah” nəşri yazıb.
Müdafiə Sənayesinin rəhbərlərindən olan Haluk Görgün X platformasında bildirib ki, bu nailiyyət ilin müdafiə ixracı hədəfi olan 6,5 milyard dolları 11% üstələyir. “2024-cü ildə NATO və xidmət xərcləri də daxil olmaqla müdafiə və aerokosmik sənayemizdə ixracatımız 29% artaraq 7,154 milyard dollara çatıb və yeni rekord əldə edib”, - deyə Görgün bildirib.
Qeyd edək ki, Türkiyənin hərbi sənayesinin məhsullarından yalnız “Bayraktar TB2” dronu 50 ölkə tərəfindən alınıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 06 Yanvar 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















