Icma.az
close
up
RU
Türkiyə müxalifəti seçki istəyir, hakimiyyət isə... ÖZƏL AÇIQLAMA

Türkiyə müxalifəti seçki istəyir, hakimiyyət isə... ÖZƏL AÇIQLAMA

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyədə növbədənkənar seçkilərlə bağlı məsələ yenidən gündəmdədir. Müxalifət seçkilərin daha tez keçirilməsini istəyir, hakimiyyət isə gündəmdə seçkinin olmadığını bəyan edib.

Qeyd edək ki, Türkiyədə parlament və prezident seçkiləri 2023-cü ildə keçirilib, növbəti seçkilərin 2028-ci ildə baş tutması gözlənilir.

Müxalifət daxilində namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılır. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri bir neçə gün əvvəl CHP-nin prezidentliyə namizədinin müəyyən edilməsi üçün yol xəritəsini açıqlayıb. O, namizədin müəyyənləşdirilməsi üçün partiya daxilində səsvermənin keçiriləcəyini bildirib. 

"İstanbulda bir sıra görüşlər keçirdik. Həmin görüşdə Əkrəm (İmamoğlu) başqanla və Mansur (Yavaş) başqanla danışdıq və dəyərləndirdik. Artıq yeni bir başlanğıc, yeni bir dövrə birlikdə hazır olmaq mövzusunda razılıq əldə olunub", - Özəl deyib. CHP sədri hər iki siyasətçinin namizəd olmağa hazır olduğunu deyib və onlara təşəkkür edib.

Ancaq Mansur Yavaş namizədin indidən müəyyən edilməsinin problemli olacağını bildirib. Onun yaxın çevrəsi mətbuata açıqlamasında Yavaşın səsverməyə qarşı olduğunu bildirib.

Həmçinin, 2018-ci il prezident seçkilərində CHP-nin namizədi olan, daha sonra partiyadan ayrılaraq Məmləkət Partiyasını yaradan Muharrem İncenin da yenidən CHP-yə qayıdacağı bildirilir.

Modern.az sözügedən məsələlərlə bağlı CHP-nin sədr müavini İlhan Üzgel ilə həmsöhbət olub.

O, partiyasının növbədənkənar seçkilər keçirilməsini istədiyini deyib: "CHP olaraq növbədənkənar seçki istəyirik, bu mövzudakı tələbimizi hər platformda dilə gətiririk. İctimaiyyət bu mövzuda çox istəklidir, onlar mövcud problemlərin həllini növbədənkənar seçkilərdə görürlər. Partiya olaraq, növbədəkənar seçkilərə hazırıq".

İlhan Üzgel söyləyib ki, ən vacib nüans namizədi müəyyən etməkdir:

"Bununla əlaqədar 1,6 milyon üzvümüzlə ön seçim keçirib kimi namizəd görmək istədiklərini soruşacağıq.  Muharrem İncənin CHP-yə qayıdışı ilə bağlı görüşlər davam edir. Nəticəni zaman içərisində görəcəyik. Partiya olaraq, namizəd müəyyən edərkən çox demokratik bir yol izləyirik. Həm partiyanın keçmişində  son üç namizəd müəyyən edilərkən və digər partiyalarda bu mexanizm  heç istifadə edilməyib. Sədrimiz "mən bunu namizəd kimi görmək istəyirəm" deyə bilərdi. Lakin demokratik üsul seçməyi üstün tutdu.  Beləliklə, partiya üzvlərimizn seçimi əsasında Partiyanın Mərkəzi İcra Aparatı və  Partiya Məclisi  son qərarı verəcək. Bu prosesin1 ay yarıma tamamlanmasını gözləyirik".

Hakim Ədalət və İnkişaf Partiyasının deputatı Şamil Ayrım isə növbədənkənar seçkilərin gözlənilmədiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Fevral 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri