Icma.az
close
up
RU
Türkiyə nə zaman nüvə dövləti olacaq...

Türkiyə nə zaman nüvə dövləti olacaq...

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Dünyada Ukrayna-Rusiya, ABŞ-İsrail gərginlikləri fonunda təhlükəsizlik riskləri qlobal səviyyədə getdikcə artmaqdadır. Məhz bu səbəbdən, artıq nüvə silahı ilə bağlı müxtəlif ölkələr öz siyasətlərinə yenidən baxmağı düşünür. Məsələn bir müddət əvvəl Polşa Prezidenti Karol Navrocki "Polsat News" telekanalına müsahibəsində ölkəsinin təhlükəsizlik strategiyası ilə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, mövcud geosiyasi şəraitdə Polşa uzunmüddətli perspektivdə öz nüvə silahına sahib olma ehtimalını nəzərdən keçirməlidir.

Prezidentin sözlərinə görə, Polşa hazırda ciddi təhlükəsizlik riskləri ilə üz-üzədir. “Polşa Respublikası silahlı münaqişə həddindədir və bu risklərin əsas səbəblərindən biri Rusiyadan qaynaqlanır”, - deyə Navrocki vurğulayıb.

Bundan əvvəl televiziya kanallarından birində sualları cavablandıran Türkiyə xarici işlər naziri Hakan Fidanın "Türkiyə nüvə silahı istehsal edəcəkmi?" sualına səssiz qalaraq, heç bir cavab verməyib.

Maraqlıdır ki, Türkiyə regional və beynəlxalq səviyyədə artan rolu baxımından nüvə silahı istehsalını nəzərdən keçirirmi?

Yıldız Texniki Universitetinin müəllimi, Beynəlxalq Strateq Cemal Zehir Modern.az-a açıqlamasında bildirib ki, Türkiyənin nüvə silahına malik olub-olmaması ilə bağlı verəcəyi qərar yalnız texniki müdafiə məsələsi ilə məhdudlaşmır:

"Bu, hüquqi, diplomatik və geostratejik nəticələri olan tarixi bir qərar olardı. Əvvəla mövcud rəsmi mövqe açıqdır. Türkiyə Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması haqqında Müqavilənin tərəfdaşıdır və nüvə sahəsindəki fəaliyyətlərinin sülhpərvər məqsədlər daşıdığını bəyan edib. Eyni zamanda ölkəmiz Beynəlxalq Atom Enerjisi Agentliyinin mexanizminə daxildir. Bu da nüvə silahı ilə bağlı hər hansı proqramın həm hüquqi, həm də siyasi baxımdan ciddi nəticələr doğuracağı anlamına gəlir. Türkiyənin nüvə sahəsində ən konkret addımı enerji təhlükəsizliyi çərçivəsində inşa edilən Akkuyu Atom Elektrik Stansiyası layihəsidir. Bu təsisat Türkiyənin artan enerji tələbini ödəməyə və xaricdən asılılığı azaltmağı hədəfləyir. Ancaq bu stansiya hərbi proqram xarakteri daşımır. Türkiyə NATO üzvüdür və Alyansın nüvədən çəkindirmə “çətiri” altındadır. Bu da dolayısı ilə Türkiyəyə nüvə təhlükəsizlik zəmanəti verir. Lakin beynəlxalq sistem son illərdə daha rəqabətli və sərt fazaya keçib. ABŞ, Rusiya və Çin nüvə arsenalını modernləşdirir. Şimali Koreya isə açıq şəkildə nüvə qabiliyyətini inkişaf etdirib. Bu mənzərə qlobal təhlükəsizlik arxitekturasının daha kövrək hala gəldiyini göstərir.Yaxın Şərqdə qüvvələr balansı da mühüm faktordur. İranın nüvə proqramı və İsrailin qeyri-rəsmi nüvə potensialı təhlükəsizlik anlayışan təsir edir. Bu fonda bəzi strateqlər Türkiyənin ən azı “nüvə eşik qabiliyyəti” (nuclear threshold capacity-red) formalaşdırmasının vacibliyini müdafiə edirlər. Ancaq bu, açıq silah proqramı deyil, yüksək texnoloji infrastrukturun və elmi potensialın artırılması deməkdir. Beləliklə, ölkə beynəlxalq öhdəliklərini pozmadan strateji çeviklik əldə edə bilər".

Ekspert nüvə silahı ilə bağlı qərar veriləcəyi təqdirdə Türkiyənin hansı risklərlə üzləşə biləcəyindən də danışıb:

"Açıq nüvə silahı proqramının xərcləri son dərəcə yüksəkdir. Digər yandan aşağıdakı risklərlə üzləşə bilərik:

-İqtisadi sanksiyalar

-Diplomatik təcrid

-NATO ilə gərginlik

-İnvestisiya mühitinin zədələnməsi

Türkiyənin son illərdəki müdafiə strategiyası yüksək texnologiyalı konvensional çəkindirmə üzərində qurulub. PUA/SİHA sistemləri, hava hücumundan müdafiə kompleksləri və müdafiə sənayesinə investisyalar regional səviyyədə ciddi hərbi üstünlük formalaşdırıb. Bu, nüvə silahı olmadan da effektiv çəkindirmə yaradır.

Hazırda Türkiyə üçün üç ssenari var:

-Mövcud model: NATO + dinc nüvə enerji siyasəti

-Nüvə eşik qabiliyyəti: Texnoloji baza var, lakin silah yoxdur

-Açıq nüvə silahı proqramı: Yüksək riskli və baha başa gələn seçim

Hazırkı reallıqda Türkiyə birinci ssenari içərisindədir. Strateji baxımdan isə ikinci ssenari-texnoloji potensialı artırmaq bir çox ölkənin üstünlük verdiyi “boz zona” yanaşmasıdır.

“Türkiyənin nüvə silahına sahib olması zəruridirmi?” sualının cavabı isə aşağıdakı amillərdən asılıdır:

-NATO-nun gələcəyi

-İranın nüvə statusu

-ABŞ-Türkiyə təhlükəsizlik münasibətləri

-İsrailin nüvə siyasətində mümkün açıq və sərt mövqe

-Regional güc balansı.

Hazırki şərtlər daxilində hüquqi və siyasi xərclər olduqca yüksəkdir və mövcud təhlükəsizlik arxitekturası bunu zəruri etmir. Lakin beynəlxalq sistem daha da sərtləşərsə, bu müzakirə gələcək illərdə daha geniş gündəmə gələ bilər. Türkiyə üçün ən rasional yol-dinc nüvə texnologiyalarında səriştəni artırmaq və strateji çevikliyi qorumaqdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Fevral 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri