Icma.az
close
up
RU
TÜRKİYƏ RƏSMƏN NÜVƏ DÖVLƏTİ OLUR... “İslam ölkələri NATO su” qurulur?

TÜRKİYƏ RƏSMƏN NÜVƏ DÖVLƏTİ OLUR... “İslam ölkələri NATO su” qurulur?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

 İslam ölkələrinin on illərdir həll edə bilmədiyi birlik problemini İsrail bircə avia zərbə ilə həll edib

Namiq Bilal

İsrailin Qətərə hücumu bölgədə geopolitik zəlzələ effekti doğurub. Görünən mənzərə belədir ki, İsrail Qətərdəki bir ofisi deyil, ABŞ-ın Orta Şərq maraqlarını darmadağın etdi. Bölgədə hamı bir anda anladı ki, ABŞ və Qərbin hakim olmadığı alternativ təhlükəsizlik sistemi qurulmalıdır. Bu istiqamətdə ciddi qərarlara artıq start verilib.

Həmin qərarlar arasında ən əhəmiyyətlisi Səudiyyə Ərəbistanı ilə Pakistan arasındakı müdafiə paktıdır. NATO tərzində imzalanmış bu pakt “Birimiz hamımız üçün, hamımız birimiz üçün” prinsipinə arxalanır. Hər iki ölkə “iki dövlət, bir ordu” konseptini əsas götürür.

“Reuters”-ə danışan bir Səudiyyə Ərəbistanı rəsmisi müxbirin verdiyi “Bu müqavilə nüvə silahlarını da əhatə edirmi?” sualına belə cavab verib: “Müqavilə istisnasız olaraq bütün növ silah sistemlərini əhatə edir.”

Başqa sözlə, bu paktla Səudiyyə Ərəbistanı Pakistan nüvə çətirinin altına alınmış oldu. Pakistan tərəfinin açıqlamalarına görə, pakt bir tərəfli deyil — ikitərəfli müdafiə razılaşmasıdır. Yəni, Pakistan hücuma məruz qalarsa, Səudiyyə Ərəbistanı da Pakistanla birgə mübarizə aparacaq.

Pakistan tərəfinin bəyanatına görə pakta digər müsəlman ölkələri də qoşula bilər. Giriş qapısı açıq saxlanan bu pakta Türkiyə, Misir, Qətər və digər ölkələr qatılarsa, ərəblərin pulu, türklərin müasir hərbi texnologiyaları və pakistanlıların nüvə silahı ilə “İslam ölkələri NATO-su” ideyası real ola bilər.


Belə görünür ki, İslam ölkələrinin on illərdir həll edə bilmədiyi birlik problemini İsrail bircə avia zərbə ilə həll edib. Körfəzdəki ərəb monarxiyaları əsas təhlükə mənbəyi kimi artıq İranı deyil, İsraili görürlər. Təsəvvür edin: İsrailə qarşı etiraz sammitində İran prezidenti ərəb şeyxləri ilə yan-yana dayanmışdı. Qətər paytaxtında toplanan müsəlman liderlər İsrailə qarşı hansısa real cəza tədbirini gündəmə gətirmədilər. Lakin Qərb və İsrail mətbuatında yayılan çoxsaylı məlumatlara görə toplantının əsas əhəmiyyəti qəbul edilən bəyanat deyil — kuluarlarda və ikitərəfli görüşlərdə alınan qərarlardır.

Mətbuata açıqlanmayan belə qərarların bölgənin təhlükəsizlik arxitekturasını kökündən dəyişəcəyi ilə bağlı məlumatların sayı yetərincədir. Misir televiziyasına verdiyi müsahibədə Hakan Fidan bildirir ki, Qətər sammitində bağlı qapılar arxasında ciddi qərarlar alınmışdır.

İsrailin Haaretz qəzetinin yaydığı məlumata görə, Netanyahu hökumətinin siyasəti yəhudi dövlətini uçuruma aparır və Birləşmiş Ştatların regional mövqeyini zəiflədər. Məlum faktdır ki, Birləşmiş Ştatların Orta Şərqi nəzarətdə saxlamaq üçün yanına aldığı əsas müttəfiq İsraildir. Lakin İsrail oyunu çox böyütdü və bu, təkcə Tel-Əvivin deyil, həm də Vaşinqtonun regional maraqlarını ciddi zərbə altına qoyur. Ağ Ev öz maraqlarını xilas etmək üçün İsrailə verdiyi total dəstəyi kəsmək zərurətindədir. Ünlü The Economist dərgisinin birbaşa qapaqdan yayılan məlumata görə İsrail Birləşmiş Ştatların etibarını sürətlə itirir.

At izinin it izinə qarışdığı bu təlatümlü durum Türkiyənin nüvə proqramı baxımından da olduqca önəmlidir. İsrail generalları üstüörtülü şəkildə Türkiyəni və digər bölgə ölkələrini nüvə silahı ilə təhdid edirlər. Belə təhdidlər Ərdoğanın altı il öncə səsləndirdiyi “Səndə atom bombası varsa, məndə niyə olmasın” tezisinə sarsılmaz mənəvi haqq qazandırır.

Qərb mətbuatında gedən məlumatlara görə Pakistan Səudiyyə Ərəbistanını yalnızca nüvə çətiri altına almır, həm də bu dövlətə nüvə texnologiyaları verir. Pakistanla Türkiyə arasında da hərtərəfli hərbi-texnoloji işbirliyi həmişə olub. Qərb, xüsusilə yunan mətbuatında gedən çoxsaylı məlumatlara görə İslamabad çoxdan Ankaraya nüvə texnologiyalarını verib. Hətta yunan mətbuatında Türkiyə və Pakistanın birgə istehsalı olan taktiki nüvə silahlarının texniki parametrləri də yer alıb.


Bu tipli məlumatları Türkiyə tərəfi də dolayı yolla təsdiqləyir. Məsələn, Türkiyə Hərbi Dəniz Komandanlığı aylar öncə belə məlumat yaydı ki, Ankara nüvə-mühərrikli sualtı gəmilər istehsalına qərar verib. Mütəxəssislərin izahına görə nüvə bomba yaratmaq nüvə mühərriki istehsal etməkdən qat-qat daha asandır. Nüvə bombası istehsalı 80 illik köhnə texnologiyaya əsaslanır. Türkiyədə isə hələ ötən əsrin əllinci illərindən Çəkməcə Nüvə Araşdırma Mərkəzi fəaliyyət göstərir. Qısacası, Türkiyə həm öz təcrübəsi, həm də Pakistanın dəstəyi ilə atom bombası yarada bilər. Qalır məsələni addım-addım rəsmiləşdirmək.

Türkiyə enerji nazirinin İsrailin Qətərə hücumundan sonra səsləndirdiyi fikirlər bu istiqamətdə çalışmalara start verildiyini göstərir. Nazir Türkiyənin kiçik ölçülü nüvə reaktorları istehsalına başladığını və Çəkməcə Atom Mərkəzinin əhəmiyyətli dərəcədə genişləndirildiyini açıqlayıb. Enerji naziri ölkəsinin yeni nüvə həmləsi ilə bağlı Dünya Atom Agentliyinə müraciət edib. Bu müraciət Türkiyənin nüvə dövləti statusunun rəsmiləşdirilməsinə işarədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Sentyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri