Icma.az
close
up
RU
Türkiyə nümayəndə heyəti COP29da iqlim hədəflərini açıqlayacaq AzPolitika onlayn siyasiictimai qəzet

Türkiyə nümayəndə heyəti COP29da iqlim hədəflərini açıqlayacaq AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

“Türkiyə iki illik şəffaflıq hesabatını verdi, həm də bu gün uzunmüddətli – “2053 net-sıfır emissiya” hədəfimizi açıqlayacağıq”.

Bunu APA-ya açıqlamasında Türkiyənin Ətraf-mühit, Şəhərsalma və İqlim dəyişiklikləri Nazirinin müavini Fatma Varank deyib.

“Əvvəlcə dost, qardaş ölkə Azərbaycanda olduğumuz üçün məmnunluğumuzu ifadə etmək istəyirəm. Ötən il Azərbaycanın COP-a ev sahibliyi edəcəyi açıqlananda ilk təbrik edən ölkələrdən idik. İqlim fəaliyyətləri çətin və dinamik bir prosesdir. Bunlar bizim üçün də, dünya üçün də, həqiqətən, böyük fəaliyyətlərdir. COP29-da Azərbaycan yetərli maaliyyə problemlərinin həlli üçün çalışmalara başlayıb. Bir il boyunca Türkiyə daim Azərbaycana dəstək oldu, həmişə də olacaq. Ümid edirəm ki, COP29 müvəffəqiyyətli olacaq. Burda veriləcək qərarlar dünyamızın xeyrinə xidmət edəcək. Qlobal isinməni 1.5 C-də saxlamağı bacara bilsək, dünyanı bizdən sonrakı nəsillərə yaşanabiləcək bir yer kimi əmanət edə bilərik, - deyə o qeyd edib.

Fatma Varank, həmçinin söyləyib ki, Türkiyənin ən böyük fəaliyyəti enerji və kənd təsərrüfatı sahəsindəki hədəfləridir:

“Bu gün bu istiqamətdə hədəfləri açıqlayacağıq. Xüsusilə, bərpaolunan enerji səmərəliliyi mövzususunda vacib bir nöqtəyə gəlinib. Türkiyə şəhərsalma istiqamətində ciddi işlər aparan nadir ölkələrdən biridir. Bilirsiniz ki, biz seysmik zonadayıq, böyük zəlzələlər yaşamışıq. Bu bizim üçün eyni zamanda enerji səmərəliliyi ilə inşa edilən binalar deməkdir. Biz COP29-da iki illik müddətdəki təcrübələrimizi də bölüşəcəyik. Zəlzələdən sonra inşa edilən binaların enerji səmərəliliyi ilə bağlı da bir tədbirimiz olacaq. Ən böyük hədəflərimiz bunlardır".

"Rəqəmsallaşdırma ilə bağlı da fəaliyyətimiz olacaq. Bu COP29-da onu da təqdim edəcəyik. Bilirsiniz ki, rəqəmsallaşdırmanın köməyi ilə karbon emissiyalarının miqdarını ciddi şəkildə azaltmaq mümkündür. Türkiyə son beş il ərzində bu istiqamətdə böyük məsafələr qət edib. Yeni qanun qəbul edildi və bu qanunla bütün dövlət işləri rəqəmsallaşdırıldı və bunu özəl sektorla birlikdə edirik”, - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri