Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

Azərbaycanda da güclü zəlzələ gözlənilir? AÇIQLAMA

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

Daha 30 ukraynalı uşaq ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilib

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Toyuq bulyonu soyuqdəymə zamanı faydalıdır?

Qardaşlıq hədəfə alınıb: Türkiyədə bizə qarşı çirkin kampaniyanı kimlər aparır?

Türkiyə Pakistan ittifaqı islam dünyasını xilas edəcək? Qərbin texnoloji monopoliyasına son qoyulur

Türkiyə Pakistan ittifaqı islam dünyasını xilas edəcək? Qərbin texnoloji monopoliyasına son qoyulur

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

2023-cü ildə Türkiyə 5.5 milyard dollarlıq hərbi texnika ixrac edib. 2024-cü ildə bu göstərici 7 milyard dollara yüksəlib. Bu il isə hərbi ixracat 8 milyard dolları keçəcək. Rəsmi statistikaya görə Türkiyə dünyada silah ixracatı baxımından 11-ci yerdədir.

Bu, sadəcə xaricə satışdı. Türkiyənin daxili tələbatı da yerli silahlarla ödənilir. Yəni Türkiyə silah ehtiyacının 80 faizini daxili imkanlar hesabına həll edir. Bu da ən azı 15 milyard dollar deməkdir. Bu qədər vəsait ölkənin daxilində qalır.

Bu məsələdə ən önəmli olan nədir, bilirsiniz? Uzun müddət Qərb texnologiyası dünya bazarında dominantlıq edib. Müsəlman ölkələri isə həmin texnologiyanı almaq zorunda olub. Elə indi də elədir. Ancaq tendensiya dəyişir. Öncə Asiya ölkələri bu tilsimi sındırdı. İndi isə müsəlman ölkələri bu baxımdan xeyli irəli gediblər.

Heç şübhəsiz ki, bu işin başında Türkiyə dayanıb. Pakistan da bu sırada öndədir. İran da texnoloji baxımdan Qərbin əhatəsindən çıxmaq üçün nələrsə etməyə çalışır. Dünyada mövcud olan 51 müsəlman ölkəsindən 3-ü bu baxımdan diqqət çəkir. Digərləri isə 100 il əvvəl olduğu kimi Qərb texnologiyasını idxal edirlər. Bu isə o deməkdir ki, müsəlman ölkələrinin bütün varını-yoxunu yığıb texnologiya müqabilində Qərbə verirlər. Qərb isə əldə etdiyi vəsaitə istinadən əlində olan texnologiyanı daha da inkişaf etdirir.

Türkiyə bu tilsimi qırır. Özü də son dərəcə uğurlu şəkildə. Əlbəttə, Türkiyə bunu Ərdoğan iqtidarından öncə də edə bilərdi. Ancaq kollektiv Qərb Türkiyəni çağdaş texnologiyadan uzaq tutmaq üçün mümkün olan və olmayan hər şeyi edib. İndi də Türkiyənin texnoloji inqilaba gedən yolunu kəsmək üçün araya Çin səddi çəkməyə çalışır. Lakin proses geridönməz xarakter alıb.

Belə bir fonda Pakistan-Türkiyə əlaqəsi və bu ölkələr arasında genişlənən hərbi ittifaq Cənubi Asiyada diqqətlə izlənir. Türkiyə Hindistanın Kəşmirdəki əməliyyatlarını pisləyən Pakistanın yeganə Qərb müttəfiqi kimi özünü göstərir. Bir çox Körfəz ölkələri Pakistanı dəstəkləməkdən çəkinsələr də, Hindistana daha çox rəğbət bəsləsələr də, hətta Qərb dövlətləri də Yeni Dehliyə qarşı neytrallıq və ya həssaslıq nümayiş etdirdikdə Türkiyənin Pakistan ilə sarsılmaz həmrəyliyi ortada ciddi fərq yaratdı.

Bir çox ekspertin fikrincə, ortaq İslam bağı və kimliyi Türkiyə ilə Pakistan arasında möhkəm tərəfdaşlığın təməlində dayanır. Tarixən Moğol və Osmanlı imperiyaları arasında dostluq əlaqələri vardı. Bu əlaqələr də bu günə təsir edir.

Soyuq Müharibə dövründə Türkiyə və Pakistan Mərkəzi Müqavilə Təşkilatı (CENTO, 1955-1979) və İnkişaf Naminə Regional Əməkdaşlıq Təşkilatı (RCD, 1964-cü ildə yaradılmış) çərçivəsində müttəfiq olublar. İki ölkən böhran zamanlarında demək olar ki, həmişə bir-birini dəstəkləyib. Məsələn, Pakistan Türkiyənin Yunanıstana qarşı Kiprlə bağlı iddialarını müdafiə edib və indi Ankara Kəşmir məsələsində Pakistana dəstək verməklə sanki buna qarşılıq verir. 1964-cü ildə və yenə 1971-ci ildə Pakistan Kipr böhranı zamanı Ankaraya hərbi yardım göstərib.

Həmçinin oxuyun:

Bakının iki dostu razılaşdı, üç regionda yeni vəziyyət – Pakistanlı ekspert detalları açdı

Son illərdə İslamabad və Ankara arasında ideoloji yaxınlıq daha da dərinləşib. Türkiyə varlı Körfəz ölkələrinin təsirini tarazlaşmaq üçün Pakistan və Malayziya kimi Körfəzdən kənar müsəlman dövlətləri ilə əlaqələrini strateji cəhətdən gücləndirib. Bəs Pakistan Türkiyənin iştirakından necə faydalanır? Prezident Ərdoğan dəfələrlə Türkiyənin Kəşmirlə həmrəy olduğunu bəyan edib və Türkiyə Pakistanın əsas silah ixracatçısına çevrilib. 2020-ci ilə qədər Türkiyə İslamabadın Çindən sonra ikinci ən böyük silah təchizatçısı olub və Pakistan donanmasının modernləşdirilməsində mühüm rol oynayıb.

Türkiyə Hindistanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Onilliklər ərzində iki ölkə arasında səmimi münasibətlər olub. Ancaq Hindistanda 220 milyon müsəlmanın ən idbar şəkildə diskriminasiyaya məruz qalması rəsmi Ankara tərəfindən laqeyd qarşılana bilməz. Qərb və NATO Türkiyə silahlarının Pakistan tərəfindən Hindistana qarşı hücumlarda istifadə edilməsinə göz yummaq zorundadır. Yəni Qərb Türkiyə-Pakistan ittifaqına qarşı çıxaraq açıq şəkildə Hindistanın yanında yer ala bilmədi. Niyə? Çünki kollektiv Qərb Ukrayna üzərindən Rusiya ilə münaqişədədir.

Belə bir ortamda Türkiyə kimi müttəfiqi itirmək Qərbə baha başa gələ bilərdi.

Türkiyədən başqa hansı böyük dövlət Pakistanı dəstəkləyir? 1990-cı illərdə ABŞ İslamabaddan uzaqlaşdıqdan dərhal sonra Çin Vaşinqtonun buraxdığı boşluğu dolduraraq Pakistanla münasibətlərini dərinləşdirdi. Çinin Pakistandakı iştirakının dərinliyini anlamaq üçün Pekin uran, tritium və texniki ekspertizanı təmin etməklə Pakistanın nüvə sahəsində inkişafında mühüm rol oynadı. Çinin yardımı olmasaydı, Pakistanın nüvə arsenalı mövcud olması sual altına düşə bilərdi. Soyuq Müharibədən sonrakı dövrdə Çin Hindistanın ən çətin iki qonşusu, yəni Pakistan və Banqladeş üçün aparıcı müdafiə təchizatçısı kimi ortaya çıxdı və Banqladeşin təxminən 86%-ni və Pakistanın silahlarının 82%-ni təmin etdi, bu da Çinin Cənubi Asiyada aparıcı müdafiə təchizatçısı kimi rolunu göstərir.

Türkiyə islam dininə mənsub xalqlarla əlaqələri gücləndirməyi hədəfləyir və onun Cənubi Asiyada genişlənən təsir dairəsi Hindistan üçün ciddi problem yaradır. Hindistanı daha çox narahat edən odur ki, Ankara Yeni Dehliyə hər hansı hərbi texnikanın satışını tamamilə qadağan edib. Bölgədə Türkiyənin iştirakı Çininkindən xeyli fərqlənir: Ankara təkcə Pakistana hərbi dəstək vermir, həm də Cənubi Asiyadakı müsəlman icmaları arasında Hindistan kimi müttəfiq olmayan ölkələrə qarşı rəqəmsal və ya kiber əməliyyatlar aparır. Ən azı bəzi Qərb mənbələri belə bir iddiadadır.

O da maraqlıdır ki, Pakistan-Türkiyə ittifaqı təkcə Qərbdə yox, müsəlman Şərqində də qısqanclıqla qarşılanır. Məsələn, Pakistanın Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ilə isti münasibətləri var. Xüsusən Səudiyyə Ərəbistanı Pakistanın daxilində gedən ən mürəkkəb siyasi proseslərə belə müdaxilə etmək imkanına malikdir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Sirr deyil ki, hər bir dövlətin müxtəlif və mürəkkəb ittifaqlar şəbəkəsində yeri var. Pakistan və Türkiyənin dostluğu tarixi irsə, ideoloji yaxınlığa və qarşılıqlı təhlükəsizlik maraqlarına söykənir. Ankaraya dəstək İslamabadın hərbi qüdrətini artırır və onun siyasi müstəvidəki mövqeyini yüksəldir. Türkiyə İslam ölkələri ilə əlaqələri gücləndirir, Çin isə Pakistanın müdafiə qabiliyyətini daha da artırır və müxtəlif istiqamətlərdən Yeni Dehli üçün təzyiq rıçaqları yaradır…

4 iyul 2025-ci il, Xankəndi. İƏT-in 17-ci Zirvə görüşü çərçivəsində İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Məhəmməd Şahbaz Şərif arasında səmimi söhbət olub

Türkiyə-Pakistan ittifaqında Azərbaycanın da xüsusi yeri var. Azərbaycan da son Hindistan-Pakistan müharibəsində rəsmi İslamabada ən yüksək səviyyədə dəstək verib. Bu ittifaqın Türkistanın hesabına daha da güclənməsi ehtimalı son dərəcə yüksəkdir. Belə bir ittifaq isə bütövlükdə islam dünyasının Qərbin imperialist ambisiyalarından qurtulmasına təkan verə bilər.

Tarixdən bəllidir ki, VIII-XIII əsrlərdə islam dünyası qızıl dövrünü yaşayıb, elm və mədəniyyət baxımından intibah dönəmindən keçib. Çağdaş Qərb elminin əsası məhz o dövr islam alimlərinin elmi nailiyyətlərinə söykənir. Süni intellekt dönəmində islam dünyası yenidən keçmiş əzəmətinə qovuşa bilər. Türkiyə inqilab xarakterli texniki uğurları ilə bunun mümkün olduğunu aydın şəkildə ortaya qoyub.

Elbəyi Həsənli,
Sürix

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 İyul 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see271

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see201

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see192

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see181

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see165

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see155

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see145

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see137

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see134

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

28 Oktyabr 2025 17:06see134

Azərbaycanda da güclü zəlzələ gözlənilir? AÇIQLAMA

28 Oktyabr 2025 10:10see132

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see126

Daha 30 ukraynalı uşaq ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilib

28 Oktyabr 2025 11:46see126

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see124

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

28 Oktyabr 2025 11:43see124

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

28 Oktyabr 2025 16:55see123

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see122

Toyuq bulyonu soyuqdəymə zamanı faydalıdır?

28 Oktyabr 2025 16:50see121

Qardaşlıq hədəfə alınıb: Türkiyədə bizə qarşı çirkin kampaniyanı kimlər aparır?

28 Oktyabr 2025 14:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri