Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

“Türkiyə Paşinyanı yanına çəkməlidir, çünki...” Türk ekspertlə SENSASİYALI MÜSAHİBƏ

“Türkiyə Paşinyanı yanına çəkməlidir, çünki...” Türk ekspertlə SENSASİYALI MÜSAHİBƏ

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Türk Söhbəti”nin növbəti qonağı türkiyəli dosent, siyasi ekspert Ali Fuat Gökçedir. 

Türkiyə-Ermənistan münasibətləri, Fransanın regiona müdaxiləsi və Türkiyə-İsrail əlaqələrinin gələcəyi barədə suallarımızı cavablandıran ekspert Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin harada imzalanacağı, eləcə də Türkiyənin Yaxın Şərqdəki müharibəyə qoşulma ehtimalı ilə bağlı da bir çox məsələlərə toxunub. 

“Cebheinfo.az” müsahibəni təqdim edir: 

- Ali Fuat bəy, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi davam edir. Lakin hələ də Ermənistan Konstitusiyasında və gerbində Türkiyəyə qarşı ərazi iddiaları qalmaqdadır.  Paşinyan hökuməti real addmlar atmaqda israrlı görünmür…

- İki ölkə arasındakı münasibətlərin normallaşması və davam edə bilməsi üçün bəzi addımlar atılmalıdır. Lakin indiyə kimi bu addımların atılmaması Ermənistan rəhbərliyinin hələ də əvvəlki düşüncədə olduğunu və niyyətlərinin davam etdiyini göstərir. Bu isə işbirliyi və digər əlaqələrin qurulmasına əngəl olur. 

Ermənistan Konstitusiyasının yaxın gələcəkdə dəyişəcəyini düşünmürəm. Əlbəttə ki, Konstitusiyada və gerbdəki ərazi iddiaları Türkiyə ilə əlaqələrin normallaşmasına ciddi zərbə vurur. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan bu dəyişiklikləri istəsə belə, revanşistlər ona imkan verməzlər. 

Rəsmi Ankara da bütün bunları diqqətlə izləyir. Ermənistan Konstitusiyasını və gerbini dəyişməsə, Türkiyə ilə münasibətlərin normallaşması uzun bir zaman alacaq. 

- Türkiyə-Ermənistan münasibətləri bundan sonra necə olacaq?

- Bu, tamamilə Ermənistandan asılıdır. Rəsmi İrəvan beynəlxalq hüquqa və bölgədəki ölkələrin ərazi bütövlüyünə hörmət etsə, problem olmaz. Xüsusilə, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının olması buna maneə yaradır.

Halbuki, Türkiyənin təklif etdiyi "3+3" formatı Ermənistanı da dirçəldəcək. Bu, erməni xalqının da rifah içində yaşamasına töhfə verəcək. Lakin buna qoşulmaq da, münasibətləri düzəltmək də tamamilə rəsmi İrəvanın atacağı addımlara bağlıdır. 

Hesab edirəm ki, Türkiyə Paşinyanı yanına çəkməlidir. Çünki Paşinyan hazırda Ermənistanda revanşistlərə qarşı mübarizə aparan, bəlkə də sülhü ən çox istəyən siyasətçidir. Bu səbəbdən də onu yanımıza çəkmək lazımdır. Həmçinin, Paşinyan hakimiyyətinin devrilməməsi üçün çalışmalıyıq.

- Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilir. Bu müqavilənin harada imzalanacağı da maraq doğurur. Bu xüsusda Türkiyənin də adı çəkilir. Tərəflər arasında sülh müqaviləsi Ankara və ya İstanbulda imzalana bilərmi?

- Əslində, bunun olmasını çox istəyərdik. Türkiyə hər zaman qardaş ölkə Azərbaycanla birlikdə Ermənistanın işğalçılıq siyasətinin qarşısında dayandı. Üstəlik, iki ölkənin birlikdə olması bölgə ilə bağlı bir çox siyasi prosesləri dəyişdi, ona yön verdi. Bundan sonra da dəyişdirəcək. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Ankara və ya İstanbulda imzalanması çox önəmli olar.

Bu, həm psixoloji, həm də Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etməsi baxımından çox əhəmiyyətli addım kimi dəyərləndirilər. Lakin bu ehtimalın bir qədər çətin olduğunu düşünürəm. Məncə, sülh müqaviləsi Rusiya və ya Gürcüstan kimi tərəfsiz bir ölkədə imzalana bilər. 

- Bir az da kənar müdaxilələrdən danışaq. Fransanın son həmlələrinin arxasında dayanan məqamlardan biri də Türkiyənin Cənubi Qafqazdan sııxışdırılmasıdır. Siz necə düşünürsünüz? 

- Dünyadakı ən böyük erməni diasporu məhz Fransada yaşayır. Rəsmi Parisin isə bu bölgədəki siyasəti və Ermənistanla münasibətləri hamıya məlumdur. Ümumiyyətlə, hər dəfə Fransada seçkilər yaxınlaşdıqca, siyasətçilər ermənilərin səsini qazanmaq üçün bəzi populist addımlar atırlar. Ümumilikdə götürsək, Fransa Türkiyənin inkişaf etməsini istəmir və hər zaman bu inkişafa hansısa formada mane olmağa çalışır. Ona görə də Türkiyə əleyhinə siyasət aparır. 

Ümumiyyətlə, Türkiyə ilə Azərbaycan arasındakı işbirliyi bölgədəki balansı dəyişdirdiyinə görə Fransa və ABŞ kimi ölkələr vəziyyəti yenidən öz xeyirlərinə dəyişmək üçün müxtəlif addımlar atır, çağırışlar səsləndirirlər. Rəsmi Ankaranın bu formada olan təzyiq və addımlara qarşı hər zaman alternativ varinatları var və bizim dövlətimiz öz siyasətini davam etdirəcək. 

- İsrail mövzusuna da toxunaq. Türkiyə-İsrail münasibətlərinin gələcəyi haqqında nə deyərdiniz? 

- Hazırda Türkiyə ilə İsrail arasındakı münasibətlər tamamilə qırılma nöqtəsinə gəlib. Rəsmi Ankara İsrailin Fələstinə olan münasibətinə görə ona qarşı siyasət yürüdür. İsrailin Fələstinə qarşı hücumu bitənə qədər Türkiyə bu mövqeyindən geri addım atmayacaq. Lakin İsrail hücumlarını dayandırsa və regionda beynəlxalq hüquqa uyğun hərəkət etməyə başlasa, Türkiyə ilə münasibətlər də zamanla düzələ bilər. 

- Son baş verən proseslər fonunda Türkiyənin Yaxın Şərqdəki müharibəyə daxil olma ehtimalı var?

- Bəli, belə bir ehtimal var. Əgər PKK və İŞİD kimi terror qruplaşmaları Suriyada İsraillə birlikdə hərəkət etməyə başlasa, Türkiyə də müharibəyə qoşula bilər. Hətta PKK və İŞİD-lə yanaşı, İsrailə qarşı da addım ata bilər. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see553

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see398

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see368

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see314

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see305

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see297

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see275

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see271

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see270

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see247

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see247

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see246

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see228

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see224

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see224

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

04 Noyabr 2026 17:14see217

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see214

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see205

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see199

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri