Türkiyə polisləri avtobuslarda sürücülərə nəzarət edəcək
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Türkiyədə 636 polis və 84 jandarma olmaqla, ümumilikdə 720 nəfər əməkdaş sərnişin kimi avtobuslara minib sürücüləri müşahidə edəcək.
Axar.az xəbər verir ki, bunu daxili işlər naziri Əli Yerliqaya deyib.
O, bayram tətili öncəsi yol hərəkəti təhlükəsizliyini artırmaq məqsədilə avtobuslarda mülki nəzarətin başladığını açıqlayıb.
Nazir bildirib ki, mülki nəzarətçilər səyahət zamanı sürücülərin qaydalara əməl edib-etmədiyini yoxlayacaq. Xüsusilə sürət həddinə riayət olunması, təhlükəsizlik kəmərindən istifadə və digər yol hərəkəti qaydalarına əməl edilməsi nəzarətdə saxlanılacaq.
“Lütfən, normadan çox sürət həddini artırmayaq, avtobuslarda və digər nəqliyyat vasitələrində təhlükəsizlik kəmərindən istifadəni unutmayaq. Unutmayaq ki, səyahətlər sizi sevdiklərinizə qovuşdurmaq üçündür, ayırmaq üçün deyil".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 29 Mart 2025 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















