Türkiyə Prezidenti: Biz ətrafımızda sülh və təhlükəsizlik zolağı formalaşdırmağa çalışırıq
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə Ukrayna, Somali kimi dost ölkələrdə necə sülh və sabitlik uğrunda mübarizə aparırsa, Afrika və Asiyada da vasitəçilik və münasibətləri normallaşdırmaq kimi təşəbbüslərlə üzərinə məsuliyyət götürür.
525.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumunun rəsmi açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, rəsmi Ankara qonşu ölkələrlə yaxşı münasibətlər quraraq, əməkdaşlıq və ticarət imkanlarını genişləndirərək, eyni zamanda münaqişə tərəfləri arasında dialoq körpüləri yaradaraq ətrafında sülh və təhlükəsizlik zolağı formalaşdırmağa çalışır:
“Türkiyənin heç kimin torpağında, təbii sərvətlərində gözü yoxdur. Türkiyə olaraq harada varıqsa, orada yerin altındakılarla deyil, yerin üstündəki insanlarla birlikdəyik”.


