Icma.az
close
up
RU
Müasir Azərbaycanın yeni inkişaf yolu

Müasir Azərbaycanın yeni inkişaf yolu

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi müasir gələcək fəlsəfəsinin təqdimatıdır

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Qürurverici haldır ki, bu gün Azərbaycan Cənubi Qafqazda lider və dünyada söz sahibi olan müstəqil dövlətdir. Hazırda ölkəmizin hər yerində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyasnı yenidənqurma və bərpa - tikinti işləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Əvvəlki illərlə müqayisədə indi ölkəmizə gələn xarici turistlərin sayı da xeyli artıb.  Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu istiqamətdə əsaslı yeniliklərə imkan verəcək. Dövlətimizin başçısının bu Sərəncamı təkcə yeni tikililərin deyil, bütöv bir inkişaf fəlsəfəsinin təqdimatıdır. Ölkəmizdə əsrlərin yaddaşını yaşadan tarixi abidələrin qorunması ilə yanaşı, müasir şəhərsalma modeli də formalaşdırılır.  Bu, eyni zamanda, çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması və bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların tətbiqində mühüm rol oynayacaq.

Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Müdrik şəxsiyyətin memarlıq və dizaynına şəxsən nəzarəti altında tikilmiş, bu gün də dövlət və beynəlxalq tədbirlərin məkanına çevrilmiş Gülüstan sarayı, beynəlxalq idman yarışlarının keçirilməsi üçün çox əlverişli hesab edilən Bakı İdman-Konsert Kompleksinin tikintisində milli üslubların qorunmasına, modern və ənənəvi elementlərin birləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Belə tikililər paytaxtımızın simasının əhəmiyyətli dərəcədə dəyişməsində mühüm rol oynayıb. Ulu Öndərin ölkəmizə ilk rəhbərliyi dövründə Azərbaycanın şəhərsalma sistemlərinin qorunması və müasirləşdirilməsi ilə bağlı vacib qərarlar qəbul edilmiş, çoxsaylı tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, şəhərsalma və memarlıq fəaliyyətinin davamlılığını təmin edən əsaslı tədbirlər həyata keçirilmişdir.

Ulu Öndərin müstəqillik dövründə respublikamıza rəhbərliyi dövründə də şəhərsalma və memarlığın inkişafı ilə yanaşı, mədəniyyət, eləcə də mədəni irsimizin qorunmasına, mühafizəsinə, inkişafına xüsusi önəm verilmiş, bu xətt yüksək peşəkarlıq və siyasi iradə ilə yürüdülən siyasətin prioritetlərindən birinə çevrilmişdir. Qürurverici haldır ki, bu ənənə Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq davam etdirilir. Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna yeri olan Ümummilli Lider Heydər Əliyev xalqımızın taleyində dönüş nöqtəsi yaratmış, müstəqil və güclü Azərbaycanın memarı kimi tarixə düşmüşdür.

Memarlıq yalnız binalar inşa etmək deyil, möhkəm təməl, dəqiq hesab və uzaqgörən plan tələb edən sənətdir. Tarixi şəxsiyyət də Azərbaycan dövlətçiliyinin təməlini möhkəm və sarsılmaz edib. Ulu Öndər ölkəni parçalanmadan xilas edərkən siyasi qərarlarını memar dəqiqliyi ilə ölçüb-biçir, gələcək nəsilləri düşünərək ölkənin inkişaf strategiyasını hazırlayırdı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk illər ölkəmiz xaos və böhran içində boğularkən xalq son ümid yeri kimi Ulu Öndərə müraciət etdi. Həyatının qalan hissəsini də xalqına, Vətəninə bağışlamağa hazır olduğunu bildirən Ulu Öndər dövlətin təməlini, dayaqlarını möhkəmləndirdi, sütunlarını sabitlik, qanunçuluq və milli birlik üzərində qurdu. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, neft strategiyasının müəyyənləşdirilməsi, ordu quruculuğu və dövlətçilik institutlarının formalaşdırılması - bütün bunlar böyük quruculuq planının əsas elementləri idi. Ulu Öndərin çoxşaxəli və uzaqgörən fəaliyyəti nəticəsində Azərbaycan siyasi sabitliyə, iqtisadi inkişafa nail olmuş, beynəlxalq aləmdə  nüfuz sahibi olmuşdur.

Ümummilli Lider Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müəyyənləşdirdi, bu mütərəqqi inkişafın ictimai şüurda məhkəmlənməsini zərurət kimi ön plana çəkdi. Böyük öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modelini özündə birləşdirdi. İctimai-siyasi sabitlik bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış etdi.

Dahi şəxsiyyət Heydər Əliyev tarixdə yalnız böyük siyasətçi kimi deyil, millətin taleyini memar dəqiqliyi ilə inşa edən dahi qurucu kimi qalacaq. Çünki Azərbaycan adlı bu möhtəşəm əsərin baş memarı məhz Ulu Öndər Heydər Əliyevdir.

Ulu Öndərin siyasi kursunu yeni dövrə, müasir çağırışlara uyğun layiqincə davam etdirən Prezident İlham Əliyevin müdrikliyi şəhərsalma və memarlığın daha da inkişaf etdirilməsinə zəmin yaratdı. Məhz dövlət başçımızın diqqət və qayğısı sayəsində şəhər quruculuğu sahəsindəki yeni təzahürlər, ölkədə inşa edilən monumental komplekslərin memarlıq həlli yeni mərhələyə qədəm qoydu. Xalqımız dövrün qabaqcıl yanaşmalarını və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsində də bunun şahidi oldu. Son illər yaradılan şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələr şəhərimizə gələn turistlər tərəfindən də heyranlıqla qarşılanır. Belə orjinal nümunələr sırasına daim yeniləşmə rəmzi olan möhtəşəm Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələri, Ağ şəhər kompleksi daxildir. Bunlarla yanaşı, regionların memarlıq siması da zənginləşərək yeni şəkil almışdır.  Son vaxtlar Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma, bərpa-tikinti işlərini, yol infrastrukturnu, möcüzəvi tunellərin tikintisini xüsusi qeyd etmək istərdim. 

Ötən 23 ildə Ulu Öndərin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanın bütün sahələrdə qazandığı qələbələr sıralandı. Bu gün Azərbaycan dünya birliyində Qalib dövlət kimi tanınır. Bütün bunların əsasında dövlət başçımızın yüksək səviyyəli dövlətçilik konsepsiyası, siyasi strategiyası dayanır. Yeni dövrün siyasi lideri kimi dünyada şöhrət qazanmış Prezident İlham Əliyev xalqı inamla Heydər Əliyev ideyaları ətrafında birləşdirir, vətəndaşlarımızın rifahı, dövlətimizin inkişafı ətrafında cəm edir. Artıq bu istiqamətdə də xalqımızın əsas gözləntiləri həyata keçirilib. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz Ulu Öndərin məzarını ziyarət edərkən deyib: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması Azərbaycan dövlətinin dayanıqlı inkişaf, estetik mühit və müasir şəhər modelinə verdiyi önəmin bariz nümunəsidir. Bu qərar şəhərsalma və memarlığın yalnız texniki sahə deyil, eyni zamanda, milli kimliyin, mədəni irsin və sosial rifahın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Bu gün aparılan genişmiqyaslı quruculuq işləri, şəhər və kəndlərin yenidən qurulması, tarixi memarlıq irsinin qorunması məhz Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının uğurlu davamıdır. Qarabağın dirçəlişi isə bu memarlıq baxışının ən parlaq davamıdır.

Bu gün Azərbaycan Respublikasının qazandığı uğurlar, regional və qlobal miqyasda artan nüfuzumuz Prezident İlham Əliyevin Heydər Əliyev siyasi irsini davamlı şəkildə inkişaf etdirməsinin təntənəsidir. Müasir, güclü və qalib Azərbaycan Heydər Əliyev ideyalarının real təcəssümüdür.

Naminə Ömərova,

Yasamal rayon Heydər Əliyev

Mərkəzinin direktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Yanvar 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see346

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see301

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see287

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see279

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see279

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see243

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see238

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see238

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see232

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see219

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see218

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see212

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see208

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see206

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see206

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see203

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see202

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see202

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see198

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri