Türkiyə Prezidenti: TDT strateji platformadır, biz istənilən vəziyyətə hazırıq
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Türk Dövlətləri Təşkilatı artıq sadəcə mədəni bir alyans deyil. TDT həmrəylik üçün strateji platformadır. Qlobal gərginlik hər kəsə təsir edir və Türk Dövlətləri Təşkilatına üzv olan ölkələri DƏ dərindən maraqlandırır.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan, TDT sammitindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
“Münaqişə zonalarına yaxınlığımızı nəzərə alsaq, əminliklə demək olar ki, bizim ailə şurası bu gərginlikdən dünyanın digər ölkələri ilə müqayisədə daha çox əziyyət çəkir. Ona görə də risk olan yerdə ehtiyat tədbirləri qaçılmazdır. Bununla belə, biz istənilən vəziyyətə hazırıq.
Biz kəşfiyyat və sərhəd təhlükəsizliyindən tutmuş kiberməkana qədər çoxşaxəli əməkdaşlığı müzakirə edirik. Müdafiə xərclərini artırmaq və təhlükəsizliklə bağlı əlavə addımlar atmaq istiqamətində qlobal tendensiya var. Türk Dövlətləri Təşkilatının üzvləri olaraq bu istiqamətdə addımlar atırıq. Növbəti addımlar hər baxımdan qiymətləndirilir və lazım gəldikdə atılır”, - Ərdoğan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 08 Oktyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















